Azərbaycan Gənclər Fondu indiyədək 2333 layihəyə 13,5 milyon manatdan çox vəsait ayırıb
14.10.2015 [10:13]
Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun layihələrin hazırlanmasına və hesabatlara dair tədbiri keçirilib. Tədbirdə gənclər təşkilatlarının rəhbərləri, qalib gələn layihələrin müəllifləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev tədbirdə çıxış edərək Fondun fəaliyyətindən söz açıb. Bildirib ki, ilk qrant müsabiqəsində 160 layihə barədə müraciət qeydə alınmışdısa, sonuncuda 1126 layihə barədə müraciət daxil olub. Bu, gənclər təşkilatlarının Fondla əməkdaşlıqda maraqlı olmasının, Azərbaycan dövlətinin gənclərin layihələrini dəstəkləməsinin göstəricisidir. Fond gənclərin bilik və bacarıqlarının inkişafına və onların ideyalarının dəstəklənməsinə daim töhfə verir.
O bildirib ki, bugünkü tədbirin məqsədi layihələrin daha səmərəli olması və onların icrası zamanı yaranan çətinliklərin aradan qaldırılması üçün ətraflı məlumatın verilməsidir.
Gənclər təşkilatlarının fəaliyyəti barədə danışan Fondun Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov bildirib ki, bir neçə gün sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24-cü ildönümü tamam olur. Müstəqilliyin bərpasından sonra ölkəmizdə xeyli sayda gənclər təşkilatı yaranıb. 1997-ci ildə Azərbaycan hökuməti ilə BMT-nin İnkişafı Proqramı arasında ölkəmizdə QHT Resurs və Təlim Mərkəzinin yaradılması barədə razılığın əldə olunması, gənclər təşkilatlarına qrantların verilməsinə başlanılması onların inkişafına böyük təkan verib. Məhz həmin ildən başlayaraq gənclər təşkilatlarının sayı da artmağa başlayıb.
Diqqətə çatdırılıb ki, 2012-ci ildə Gənclər Fondunun yaradılması gənclər təşkilatlarının inkişafında yeni mərhələ olub. Artıq Azərbaycanda yeni gənclər təşkilatları yaranmağa başlayıb. Hazırda 310 gənclər təşkilatı dövlət qeydiyyatından keçib.
Fonda təqdim olunmuş layihələr haqqında məlumat verən T.Süleymanov bildirib ki, fəaliyyət göstərdiyi müddətdə Gənclər Fondu tərəfindən 7 qrant müsabiqəsi təşkil edilib. Bu müsabiqələr nəticəsində quruma təxminən 5 minədək layihə barədə müraciət daxil olub. Keçirilmiş yeddi qrant müsabiqəsi çərçivəsində ümumilikdə 2333 layihəyə Fond tərəfindən dəstək verilib. Fond onların reallaşdırılması üçün 13,5 milyon manatdan artıq vəsait ayırıb. Hər il Fond tərəfindən maliyyələşdirillən layihələrin orta hesabla sayı 785 olub. Həmçinin orta hesabla hər il Fond tərəfindən layihələrə 4,5 milyon manat vəsait ayrılıb. Beləliklə, Azərbaycan Gənclər Fondu il ərzində gənclər təşkilatlarına Avropa Gənclər Fondundan daha çox yardım göstərir. Belə ki, Avropa Gənclər Fondunun il ərzində layihələrə ayırdığı vəsait 3 milyon avro təşkil edir. Həmçinin Avropa Gənclər Fondundan fərqli olaraq Azərbaycan Gənclər Fondu gənclər təşkilatları ilə yanaşı, fərdi şəxslərin layihələrinə də qrant ayırır.
T.Süleymanov vurğulayıb ki, Fond tərəfindən maliyyələşdirilən 2333 layihədən 785-i gənclər təşkilatlarının, 1548-i isə fərdi şəxslərin layihələridir. Ümumiyyətlə, keçirilmiş müsabiqələr zamanı gənclər təşkilatları “A” (yerli layihələr) və “B” (beynəlxalq layihələr), 16-29 yaş həddində olan fiziki şəxslər isə “C” (fərdi layihələr) kateqoriyaları üzrə Fonda layihələr göndərirlər.
Fondun xətti ilə maliyyələşdirilmiş layihələr ilk növbədə, gənclərin intellektual, fiziki və mənəvi inkişafına, onların asudə vaxtlarının səmərəli təşkilinə, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsinə və fiziki inkişafına, beynəlxalq gənclər təşkilatları ilə əlaqələrin qurulmasına və genişləndirilməsinə, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasına və sair sahələrə yönəlib.
Gənclər təşkilatlarının layihələrin həyata keçirilməsi zamanı yol verdiyi nöqsanlara da toxunan Prezident Administrasiyasının rəsmisi bununla yanaşı, əksər gənclər təşkilatlarının uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. QHT sektorunda dövlət tərəfindən maliyyələşdirilən layihələrin çoxunun məhz gənclər təşkilatlarına aid olduğunu deyən T.Süleymanov həmin qurumlar üçün QHT sektorunun tanınmış nümayəndələrinin iştirakı ilə keçirilən təlimlərin əhəmiyyətini vurğulayıb.
Sonra Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsinin ölkə üzrə direktor müavini Vaqif Həsənov, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov və digərləri QHT fəlsəfəsi və strategiyası, layihələrin idarəedilməsi və planlaşdırılmasına dair yeniliklər, interaktiv təlim proqramı, yaradıcı layihələr və onların yazılışı metodları, gənclər təşkilatlarının donorlarla əməkdaşlığı və digər mövzularda çıxış ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun veb-səhifəsinin yeni dizaynda təqdimatı olub.
Sonda Fondun həyata keçirdiyi qrant müsabiqələri çərçivəsində maliyyələşdirilmiş layihələrin hesabatlılıq vəziyyəti və nəticələri müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52

