Bilik Fondunun əməkdaşları Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə tanış olublar
09.09.2015 [10:13]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları ölkəmizdə fəaliyyət göstərən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olublar. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Elaydi Bilik Fondunun əməkdaşlarını mərkəzlə tanış edib. Mərkəzin yerləşdiyi inzibati binada həm də Misir mədəniyyətini və tarixini əks etdirən muzey, kitabxana fəaliyyət göstərir. Mərkəzdə, həmçinin ərəb dili tədris olunur.
Sonra hər iki qurumun əməkdaşları arasında birgə fəaliyyətin istiqamətləri haqqında fikir mübadiləsi aparılıb. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə bir çox sahələrdə əməkdaşlıq əlaqələri qurula bilər. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanda ərəb dilinin, Misirdə Azərbaycan dilinin tədrisinin genişləndirilməsi, hər iki ölkənin tarixinin, mədəniyyətinin öyrənilməsi və təbliği mümkündür. 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarına həsr olunan müxtəlif tədbirlərin hazırlanmasının vacibliyi xüsusi qeyd edilib.
Bilik Fondunun icraçı direktoru səmərəli əməkdaşlığa dair müxtəlif səpgili təkliflər səsləndirib və bu təkliflərin həyata keçirilməsi üçün geniş imkanlar olduğunu vurğulayıb.
Azərbaycanı ikinci vətəni adlandıran Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Ə.Elaydi Bilik Fondu ilə əməkdaşlığa məmnuniyyətlə hazır olduqlarını, birgə layihələrin həyata keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini deyib. Misirin Ayn-Şəms Universitetində Azərbaycan dilini tədris edən Ə.Elaydi tələbələrinin böyük həvəslə Azərbaycana gəlmək istədiklərini bildirib və belə qarşılıqlı səfərlərin təşkil olunmasında yaxından iştirak edə biləcəklərini diqqətə çatdırıb.
Yaxın vaxtlarda Bilik Fondu ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasında əməkdaşlıq haqqında saziş imzalanması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

