Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti peşə bayramını qeyd edib
22.08.2015 [11:05]
Avqustun 23-ü Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günüdür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək Ümummilli lider, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri və əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Xüsusi Dövlət Mühafizə Xidmətinin fəaliyyətə başlamasının 22-ci ildönümü münasibətilə keçirilən mərasim Ulu öndər Heydər Əliyevin abidəsinin ziyarət edilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov 1993-cü ildə Ulu öndər Heydər Əliyevin Fərmanı ilə yaradılan Xüsusi Dövlət Mühafizə Xidmətinin ötən dövrdə böyük və şərəfli yol keçdiyini bildirib. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin, o cümlədən Xüsusi Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin gücləndirilməsinə göstərdiyi diqqət və qayğıdan danışıb.
Xidmətin digər strukturlarla yanaşı, ölkədə təhlükəsizliyin təmin olunmasında yaxından iştirak etdiyini deyən Vaqif Axundov dövlətimizin başçısının bu qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşların sosial-məişət qayğılarının həlli istiqamətində gördüyü tədbirlərin böyük ruh yüksəkliyi ilə qarşılandığını vurğulayıb. O, Prezident İlham Əliyevin Sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin bir qrup hərbi qulluqçusunun xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və peşə bayramı münasibətilə orden, medal və fəxri adlara layiq görüldüyünü bildirib. Dövlətimizin başçısının digər Sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin Tibb İdarəsi - Müalicə-Diaqnostika Mərkəzinin rəisi Elşad Həmidova tibb xidməti general-mayoru ali hərbi rütbəsinin verildiyini qeyd edib.
Mərasimdə çıxış edən Elşad Həmidov ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib.
Sonda Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov onların fəaliyyətinə verdiyi dəstəyə və göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə bir daha təşəkkürünü çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50

