ƏƏSMN-də “Bakı-2015” ilk Avropa Oyunlarında medal qazanmış paralimpiyaçılarla görüş keçirilib
31.07.2015 [09:55]
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “Bakı-2015” ilk Avropa Oyunlarında medal qazanmış paralimpiyaçılarla görüş keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizin bütün sahələrdə sürətli tərəqqisini uğurla təmin edən Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan idmanının, o cümlədən paralimpiyamızın bu gün özünün yüksəliş dövrünü yaşadığını vurğulayıb. S.Müslümov qeyd edib ki, Azərbaycanda paralimpiya hərəkatının geniş vüsət alması əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların cəmiyyətin həyatında fəal iştirakının təmin olunması üçün aparılan fəal dövlət siyasətinin mühüm uğurlarından biridir. Nazir bu ilin iyununda Azərbaycanda keçirilən birinci Avropa Oyunlarında paralimpiyaçılarımızın xalqımıza bir daha qələbə sevincini yaşatdığını dilə gətirib. Qeyd olunub ki, Azərbaycanın güclü iqtisadi potensiala və zəngin mədəniyyətə malik, müasir, tolerant bir ölkə olduğunu dünyaya nümayiş etdirən ilk Avropa Oyunları idmanımızın, həmçinin, paralimpiyamızın qalibiyyət əzmini növbəti dəfə təsdiq etdi. İdmançılarımızın 56 medala sahib olmaqla ölkəmizi medal sayına görə Avropanın 50 ölkəsi arasında ikinci yerə yüksəltdiyi bu Oyunlarda paralimpiyaçılarımızdan İlham Zəkiyev qızıl, Səbinə Abdullayeva gümüş və Zakir Mislimov bürünc medallar qazanaraq, Azərbaycan idmanına yeni dəyərli töhfələrini verdilər.
Nazir ölkəmizdə əlilliyi olan insanlara diqqət və qayğı, humanist münasibət göstərilməsinin bu Oyunlar zamanı bir daha ən yüksək səviyyədə əməli təsdiqini tapdığını vurğulayıb: “Oyunların açılış mərasimində məşəl Olimpiya Stadionuna məhz paralimpiyaçı İlham Zəkiyev tərəfindən gətirildi. Paralimpiya yarışının Oyunların proqramına daxil edilməsi isə birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən paralimpiyaçılarımıza göstərilən çox böyük dəstəyin ifadəsidir”.
“Bakı-2015” ilk Avropa Oyunlarının qızıl medalçısı, iki dəfə Paralimpiya Oyunları, ikiqat dünya və beşqat Avropa çempionu İ.Zəkiyev Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə, o cümlədən, paralimpiyaçılara daimi qayğıkeş münasibətinin onları həmişə yeni qələbələrə ruhlandırdığını vurğulayıb. Oyunlarda medal qazanan idmançılar ölkəmizdə paralimpiyaya dövlət qayğısından danışıblar.
Milli Paralimpiya Komitəsinin prezidenti, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ölkəmizdə paralimpiyaçılarımıza göstərilən dövlət dəstəyindən bəhs edib.
Görüşdə “Bakı-2015” ilk Avropa Oyunlarını, Oyunlarda paralimpiya yarışlarını, idmançılarımızın qələbələrini və medalların təqdim olunması mərasimlərini əks etdirən videoçarx nümayiş etdirilib və qalib paralimpiyaçılara hədiyyələr və gül dəstələri təqdim olunub.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxGündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Sosial
22 İyul 09:41
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40

