Qusar rayonunda şəhid ailəsinə ev verilib
29.07.2015 [09:52]
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamı 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər müharibə əlili və şəhid ailəsinin 2014-2018-ci illərdə mənzillə təmin edilməsini nəzərdə tutur. Sərəncamın icrası işləri çərçivəsində 52 rayonda 375 fərdi evin inşası da həyata keçirilib ki, onlardan inşası artıq başa çatmış ilk fərdi evi bu gün Qusar rayonunda şəhid ailəsinin istifadəsinə veririk”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qusar rayonunun Həsənqala kəndində tikilmiş fərdi yaşayış evinin şəhid ailəsi Səlimə Hacıyevaya təqdim olunması zamanı bildirib.
S.Müslümov ötən ay Tərtər rayonunda 54 mənzilli daha bir yaşayış binasının müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verildiyini xatırladaraq bildirib ki, hazırda Bakı şəhərində və İmişli, Beyləqan, Şamaxı rayonlarında ümumilikdə 238 mənzili olan 4 çoxmənzilli yaşayış binası tikilir: “Qeyd olunan insanlar üçün hazır binalardan 165 mənzilin alınması işləri də aparılır ki, onlar təmir edildikdən sonra istifadəyə veriləcək. Ümumilikdə cari il ərzində 964 mənzilin və fərdi yaşayış evinin müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi planlaşdırılır”.
Nazir hazırda Qusar rayonunda daha 3 fərdi evin tikildiyini diqqətə çatdırıb və bildirib ki, bu evlərin yüksəkkeyfiyyətli tikinti materiallarından və müasir tələblərə uyğun səviyyədə inşa olunmasına xüsusi diqqət yetirilir. Bu evlərdə ailələrin normal səviyyədə, rahat yaşaması üçün bütün lazımi şərait yaradılıb.
S.Müslümov müharibə əlilləri və şəhid ailələrinin digər sahələrdə də dövlət qayğısı ilə təmin olunduqlarını diqqətə çatdırıb: “Hazırda müharibə əlilləri və onlara bərabər tutulan 18784 nəfər vətəndaş sosial müavinət və ya əmək pensiyası ilə bərabər, Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin olunurlar ki, onların 12289 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdir. Təkcə ötən ilin əvvəlindən bu təqaüdlərin orta aylıq məbləği cənab Prezidentin müvafiq Fərmanına əsasən 50 faizə yaxın artırılıb. 13 min 405 şəhid ailəsinə də Prezidentin aylıq təqaüdü ödənilir ki, həmin təqaüdün aylıq məbləği 2013-cü il sentyabrın 1-dən 200 manata çatdırılıb”.
S.Müslümov yeni fərdi evlə təmin olunan şəhid ailəsini bu münasibətlə təbrik edib, ailəyə xoş arzularını çatdırıb. Şəhid ailəsi S.Hacıyeva və doğmaları ürək sözlərini bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin dinamik tərəqqiyə nail olmasından, o cümlədən, respublikanın regionlarında gedən inkişaf proseslərindən razılıqla söz açıblar. Onlar Vətənimizin müdafiəsi uğrunda gedən döyüşlər zamanı şəhid olmuş insanların xatirəsinin daim uca tutulması, onların ailələrinin sosial rifah halının yaxşılaşdırılması, xüsusən yeni mənzillərlə təmin olunması istiqamətində aparılan məqsədyönlü işlərə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxMədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16

