Daşkəsən rayonunda Dövlət qulluqçularının peşə bayramı və Silahlı Qüvvələr Günü qeyd olunub
24.06.2015 [09:37]
Dünən Daşkəsən rayon İcra Hakimiyyətinin və rayonda olan dövlət qulluqçularının iştirakı ilə 23 iyun - Dövlət qulluqçularının peşə bayramı günü ilə bağlı ümumrayon tədbiri keçirilib. Əvvəlcə dövlət qulluqçuları Ulu öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, sonra yeni istifadəyə verilmiş İcra Hakimiyyətinin inzibati binasında tədbiri davam etdiriblər.
Ümumrayon tədbirində çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə hər il 23 iyun ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur: “Dövlət qulluqçularına dövlətimiz tərəfindən həmişə diqqət və qayğı ilə yanaşılır, onlara yüksək səviyyədə fəaliyyət göstərmələri üçün aidiyyəti üzrə müvafiq qanunvericilik aktları qəbul edilərək, hər cür lazımi şərait yaradılır”.
Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev qeyd edib ki, hazırda rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda 175 nəfər dövlət qulluqçusu çalışır. Dövlət qulluqçuları əsasən öz vəzifələrini layiqincə yerinə yetirir və rayonun bütün ictimai-siyasi həyatında və mədəni-kütləvi tədbirlərində fəal iştirak edirlər.
Daha sonra Daşkəsən rayon icra hakimiyyəti başçısının müavini Cavanşir Qocayev, Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, dövlət qulluqçularına yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, dövlət qulluqçularının peşə bayramı günü ilə bağlı ümumrayon tədbirinin iştirakçıları daha sonra “N” saylı hərbi hissəyə gediblər. Burada isə 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə bayram tədbiri keçirilib. Əhəd Abıyev əsgərlər qarşısında çıxış edərək deyib ki, Ümummilli liderimiz Heydər Əliyevin gərgin əməyi və misilsiz xidmətləri nəticəsində müstəqil respublikamızın suverenliyi və ərazi bütövlüyünü düşmən təcavüzündən qorumaq iqtidarında olan, qarşısına qoyulan hər bir tapşırığı yüksək səviyyədə yerinə yetirən qüdrətli ordumuzun yaradılması və inkişaf etdirilməsi ilə suveren Azərbaycan dövlətinin dünyanın siyasi səhnəsində öz yerini almasına zəmin yaranıb. Ulu öndərin ideyalarını layiqincə yerinə yetirən, ordu quruculuğu sahəsində Öz səylərini daha da artıran Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu formalaşdırılmasına nail olub.
Daha sonra Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən göndərilən qiymətli hədiyyələri Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev əsgərlərə təqdim edib.
Bayramda, həmçinin, hazırda hərbi xidmət keçən əsgər valideynləri çıxış edib, hərbçilərə təbriklərini çatdırıb, yaradılan yaxşı şəraitə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Tədbir Daşkəsən rayon incəsənət ustalarının torpaq, vətən və Qarabağ haqqında musiqi nömrələri ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25

