Dövlət bayrağından düzgün istifadə edilməlidir
30.05.2015 [11:29]
Üçrəngli dövlət bayrağımız qürur mənbəyimizdir. Bu bayrağa dərin hörmət və ehtiram hissi ilə yanaşdığımız kimi, ondan istifadə qaydalarına da ciddi əməl etməliyik. Son illərdə Azərbaycan beynəlxalq siyasi, humanitar və idman tədbirlərinin keçirildiyi məkana çevrilib. Bu tədbirlərdə həmişə dövlət bayrağından istifadə olunur. Lakin bəzən dövlət bayrağından istifadə zamanı yanlışlıqlara yol verilir. Qarşıdan çox mühüm tədbir - “Bakı-2015” birinci Avropa Oyunları gəlir. İyunun 12-dən 28-dək Avropanın idman nəbzi Azərbaycanda döyünəcək. “Bakı-2015”-in yarışlarını izləmək üçün paytaxtımıza dünyanın bir çox ölkələrindən on minlərlə qonaq səfər edəcək.
Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq görən Azərbaycanda qarşımızda duran ümdə vəzifələrdən biri də küçə və prospektlərimizdə, idman arenalarında, azarkeşlərin başları üzərində dalğalanacaq dövlət bayrağımızdan düzgün istifadə etməkdir.
Ölkəmizdə dövlət bayrağından istifadə qaydaları barədə mükəmməl qanunvericilik bazası yaradılıb. 2004-cü ildə “Azərbaycan Respublikası dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanun qəbul edilib. 2005-ci ildə Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları” təsdiq olunub. 2013-cü ildə isə Nazirlər Kabineti “Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edilməsi haqqında” qərar qəbul edib.
AZƏRTAC dövlət bayrağından düzgün istifadə variantlarını aşağıdakı rəngli fotoşəkillər vasitəsilə təqdim edir:
Mərasimlər və digər təntənəli tədbirlər zamanı dövlət bayrağımız digər dövlətlərin, beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxanda Azərbaycan Respublikasının dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır. (Foto 1)
Dövlət bayrağı ya bayraq dirəyinin, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır. Bu zaman bayrağın mavi zolağı dirəyin uc tərəfi istiqamətində olmalıdır. (Foto 2)
Dövlət bayrağı binanın divarına dirəksiz şaquli vəziyyətdə asıldıqda və ya xüsusi tutqaclara bərkidildikdə onun mavi zolağı qarşıdan baxarkən sol tərəfdə yerləşməli, ayla ulduz isə üzü aşağı olmalıdır. (Foto 3)
Dövlət bayrağı binanın divarına dirəksiz üfüqi vəziyyətdə asıldıqda və ya xüsusi tutqaclara bərkidildikdə mavi zolaq qarşıdan baxarkən yuxarıda olmalı, ayla ulduz isə sağ tərəfə baxmalıdır. (Foto 4)
Kiçik ölçülü dövlət bayrağı masaların, kürsülərin üstündə xüsusi oturacağı olan şaquli milə bərkidildikdə və yaxud əldə tutulduqda da mavi zolaq yuxarıda yerləşməlidir. (Foto 5, 6)
Dövlət bayrağı tribunalarda tamaşaçıların, yürüşlərdə iştirakçıların və qalib idmançıların əllərində üfüqi vəziyyətdə dirəksiz tutularkən də mavi zolaq yuxarıda olmalıdır. (Foto 7,8)
Azərbaycan Respublikasının dövlət bayrağından düzgün istifadə edilməsi hər kəsin vətəndaşlıq borcudur.
Xəbər lenti
Hamısına baxSosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39

