Bakıda regional təhsil konfransı keçirilir
26.05.2015 [10:03]
Mayın 25-də “Hilton Baku” otelində Asiya İnkişaf Bankının (AİB) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə ikigünlük regional təhsil konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, “12 illik Təhsil Sistemini Dəstəkləyən İnnovasiya Strategiyası” mövzusu üzrə keçirilən tədbirdə Azərbaycan, Kanada, Böyük Britaniya, Finlandiya, ABŞ, Koreya Respublikası və digər ölkələrdən olan alim və təhsil mütəxəssisləri iştirak edirlər.
Konfransda təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə təhsil sahəsinə böyük önəm verildiyini bildirib, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətindən danışıb.
Nazir müasir dünyada, ölkənin tərəqqisində təhsilin mühüm rolunu qeyd edib, bu sahənin inkişafı ilə bağlı fikirlərini diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahat və proqramlar yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün ölkənin təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur. Ölkənin 2020-ci ilə qədər olan dövrdə Milli İnkişaf Strategiyasında 12 illik orta təhsilə keçid və şagirdlərin 16 yaşınadək icbari təhsili müddəası yer alıb.
Təhsillə bağlı aparılan müzakirələrin səmərəli olacağına əminliyini vurğulayan Yaponiyanın Bakıdakı səfiri Tsuquo Takahaşi tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin dövlət idarəçiliyi, maliyyə və ticarət sektorunun direktoru Betty Vilkinson mövzu ilə bağlı fikirlərini bölüşüb.
Kanadanın uşaq və gənclər xidməti naziri müavininin köməkçisi Aryeh Giterman, Birləşmiş Ərəb Əmirliklərinin Elm və İnsan İnkişafı Komitəsi direktorlar şurasının sədri Abdulla əl-Kərəm ölkələrinin təhsil sistemindən bəhs ediblər.
Sonra biliklərə əsaslanan bazar iqtisadiyyatı üçün daha yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək məqsədilə ölkəmizin təhsil sistemi təhlil olunub.
Ekspertlər Azərbaycanda biliklər cəmiyyətinin qurulmasının əsas elementi olan 12 illik təhsil sistemi ilə bağlı təcrübə mübadiləsi aparıblar.
Konfrans mayın 26-da başa çatacaq.
Xatırladaq ki, AİB-in Azərbaycanda keçirilmiş 48-ci illik toplantısında Asiya-Sakit okean regionunda inklüziv artım və innovasiyanın möhkəmləndirilməsinin vacibliyi geniş müzakirə edilib. Tədbirdə qeyd olunub ki, insan kapitalının inkişaf etdirilməsi bu baxımdan mühüm amildir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

