/ / BANM-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Tələbələrin 3-cü elmi-texniki konfransı keçirilib
BANM-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Tələbələrin 3-cü elmi-texniki konfransı keçirilib
24.04.2015 [09:57]
Dünən Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Tələbələrin 3-cü elmi-texniki konfransı keçirilib. Konfransın plenar iclasını giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov konfransın Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmasının bu dahi insanın şəxsiyyətinə böyük hörmət və ehtiramın ifadəsi olduğunu deyib. Rektor müasir Azərbaycanın uğurlarının Ulu öndər Heydər Əliyevin irəli sürdüyü və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən neft strategiyası ilə bilavasitə bağlı olduğunu vurğulayaraq, bu strategiyanın ölkə iqtisadiyyatının bütün sahələrinin, o cümlədən, elm və təhsil sahələrinin inkişafına güclü təkan verdiyini bildirib. Ali Məktəbdə tədrisin elmi fəaliyyətlə vəhdət təşkil etdiyini vurğulayan rektor tələbələrin konfranslarının keçirilməsinin onlara elmi araşdırmalar aparmaq, nəticələri təqdim etmək bacarıqlarını aşılamaq və onların arasında informasiya mübadiləsini təşkil etmək üçün əlverişli vasitə olduğunu qeyd edib.
Konfransda iştirak edən SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov tələbələri konfransın açılışı münasibətilə təbrik edib və konfransın işində uğurlar arzulayıb.
Konfransın Təşkilat Komitəsinin sədri müavini, BANM-in Ali təhsildən sonrakı təhsil şöbəsinin (doktorantura) rəisi, professor Rəna Mustafayeva plenar və bölmə iclaslarının təşkili, tələbələrin məruzələrinin hər bölmədə fəaliyyət göstərəcək münsiflər tərəfindən qiymətləndirilməsi qaydaları haqqında məlumat verib.
Sonra konfransın plenar iclasında tələbələrin 7 seçilmiş məruzəsi dinlənilib.
Konfrans öz işini bölmələrdə davam etdirib.
Konfransın yekun iclasında fərqlənmiş tələbələrə BANM-in diplomları, SOCAR, bp, “Statoil”, “Total”, “Halliburton”, “Schlumberger”, “Emerson”, “ABB” və “Avandsis group” şirkətlərinin hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

