Tbilisi Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənninin monitorinqi keçirilib
17.04.2015 [10:06]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) layihəsi çərçivəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi bir sıra yerli və xarici universitetlərdə davam edir.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərs gedişatının keyfiyyətinə nəzarət, fənnin tədris olunan universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestr ərzində iki dəfə Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinq aparılacaq. Artıq bir neçə universitetdə ilk monitorinqlərə başlanılıb. Bunlardan biri də Gürcüstanın Tbilisi Dövlət Universitetidir. Bu universitetdə 30 tələbəyə fənni gürcüstanlı professor David Qotsiridze tədris edir.
Tbilisi Dövlət Universitetində monitorinqin aparılması üçün BBMM tərəfindən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov ezam olunub.
Monitorinq zamanı Fərhad Xəlilov “Azərbaycan multikulturalizmi”, professor David Qotsiridze isə “Azərbaycan multikulturalizmi və folkloru” mövzularında mühazirələr oxuyublar.
Fərhad Xəlilov multikultural dəyərlərin Azərbaycan və dünya incəsənətindəki rolundan bəhs edib. Azərbaycan multikulturalizmi və bu istiqamətdə ölkəmizin apardığı uğurlu siyasət tələbələrin və müəllimlərin böyük marağına səbəb olub. Sonda tələbələrin Azərbaycanda multikulturalizm ənənələri barədə suallarına ətraflı cavab verilib. Mühazirədə universitetin müxtəlif fakültələrindən tələbələr və professor-müəllim heyəti iştirak edib.
Monitorinq müddətində Fərhad Xəlilov və David Qotsiridze Şota Rustaveli adına Batumi Universitetinin prorektoru Mamiya Paqava ilə görüşüb. Görüşdə birgə əməkdaşlıqdan və multikulturalizm sahəsində təcrübə mübadiləsindən bəhs edilib.
Sonra F.Xəlilov Gürcüstanın xalq rəssamları ilə görüş keçirib. Görüşdə multikulturalizmin incəsənətdə rolundan danışılıb.
F.Xəlilov, həmçinin, alman rəssamının Gürcüstanda açılan sərgisində iştirak edib.
Monitorinq davam edir, bir sıra yeni görüşlər planlaşdırılır. Bu barədə ətraflı məlumat veriləcək.
Xəbər lenti
Hamısına baxElm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59

