Bakı Ali Neft Məktəbi Vyetnam üçün mütəxəssis hazırlayacaq
17.03.2015 [09:56]
Vyetnam Sosialist Respublikasının VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngianın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub. BANM-in rektoru Elmar Qasımov VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngianın rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanda və Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu bildirib. E.Qasımov Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında olan əlaqələrin tarixindən danışıb. E.Qasımov Ümummilli liderimiz Heydər Əliyevin hələ 1983-cü ildə Sov.İKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu dövrdə Sovet dövlət və hökumət nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfərini xatırladıb, müharibədən sonra ölkənin bərpasında və quruculuq işlərində Onun Vyetnam xalqını dəstəklədiyini deyib. Rektor, həmçinin, iki ölkə arasında təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil sahəsində ikitərəfli əməkdaşlığın bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdiyini qeyd edib. İki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafında Prezident İlham Əliyevin 18 may 2014-cü ildə Vyetnama səfərinin mühüm əhəmiyyət kəsb etdiyini və bu istiqamətdə əməkdaşlığın keyfiyyətcə növbəti mərhələyə qədəm qoyduğunu vurğulayıb. Bakı Ali Neft Məktəbinin VIETSOVPETRO şirkəti ilə əməkdaşlığının bunun məntiqi davamı olduğunu deyib. Rektor, BANM və VIETSOVPETRO şirkəti arasında qurulan əməkdaşlığın bakalavriat və magistratura səviyyələrində müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı mühəndislərin hazırlanmasına, korporativ təhsilə, tələbələrin Vyetnamda istehsalat təcrübəsi keçməsinə, vyetnamlı tələbələrin BANM-də təhsil almasına, ixtisasartırmaya, elmi-tədqiqat işlərinin aparılmasına imkan verəcəyini qeyd edib.
Öz növbəsində, VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngia Azərbaycanda və BANM-də olmasından məmnunluğunu ifadə edib və bu dəvət üçün rektor Elmar Qasımova öz dərin təşəkkürünü bildirib. O deyib ki, Vyetnam xalqı Heydər Əliyevin etdiyi əvəzsiz xidmətləri heç zaman unutmur. Həmin dövrdə vyetnamlı tələbələrin dövlət xətti ilə Azərbaycanda təhsil almasında Ümummilli lider Heydər Əliyevin müstəsna rolunun olduğunu deyib. Qonaq həmin tələbələrdən biri olduğunu və neft-qaz mühəndisi kimi formalaşmaq üçün Azərbaycanda təhsil alaraq məhz burda yetişdiyini vurğulayıb. Tı Txan Ngia təmsil etdiyi şirkət ilə BANM arasında əldə olunan əməkdaşlığın gələcəkdə öz müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib. BANM ilə imzalanan anlaşma memorandumunu yüksək qiymətləndirərək, nüfuzlu ali məktəblə sıx əlaqələrin qurulmasının təmsil etdiyi şirkət üçün qürurverici olduğunu qeyd edib.
Tədbirdə iştirak edən ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Vyetnam və Azərbaycan əlaqələrinin böyük tarixə malik olduğunu və yaşlı nəslin nümayəndəsi kimi bu əməkdaşlığın bütün inkişaf mərhələlərinin şahidi olduğunu bildirib. X.Yusifzadə Vyetnamda dənizdə qazma və hasilat sahəsində təcrübə olmadığına görə, ilk növbədə, azərbaycanlı mütəxəssislərin onlara köməklik etdiyini qeyd edərək, bu işlərə azərbaycanlı mütəxəssis Cəlal Məmmədovun rəhbərlik etməsinin təsadüfi olmadığını vurğulayıb. O, Azərbaycanın həmişə Vyetnam üçün mütəxəssis hazırlığında iştirak etdiyini deyib. X.Yusifzadə, hal-hazırda da, bu əlaqələrin inkişafda olduğunu vurğulayıb və 2014-cü ilin may ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin Vyetnama səfəri zamanı həmin heyətin tərkibində olduğunu da qeyd edib.
Sonra Bakı Ali Neft Məktəbi ilə VIETSOVPETRO şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Eyni zamanda, VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngia Bakı Ali Neft Məktəbinin “Fəxri Qonaq” diplomu ilə təltif olunub.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20

