MŞ İdarə Heyətinin 2015-ci ildə ilk iclası keçirilib
17.01.2015 [11:02]
Dünən Azərbaycan Mətbuat Şurasının (MŞ) iclası keçirilib. Öncə MŞ-nin 2014-cü il üçün hesabatı ətrafında müzakirə aparılıb. Hesabatda nəzərdə tutulan məsələlər barədə məlumat verən Ə.Amaşov bildirib ki, ötən il Şuranın fəaliyyətindəki başlıca xətt quruma daxil olan şikayətlərin araşdırılmasından ibarət olub. Bununla yanaşı, MŞ bir sıra tədbirlər keçirib, dövlət başçısının Fərman və sərəncamlarından, həmçinin, Dövlət proqramlarından irəli gələn işləri gerçəkləşdirib, ali məktəblərin jurnalistika fakültələrinə qəbulda qabiliyyət imtahanlarının təşkilində yaxından iştirak edib, kütləvi aksiyalarda və 23 dekabr bələdiyyə seçkisində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb. Bu və digər məsələlərdəki konkret statistikanı açıqlayan Ə.Amaşov hesabatın ictimaiyyətə çatdırılması üçün yaxın günlərdə ayrıca toplantının keçiriləcəyini vurğulayıb.
Hesabatın müzakirəsi zamanı MŞ İdarə Heyətinin üzvlərindən – Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, həmçinin, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli sənəddə yer alan məqamlarla bağlı fikirlərini bildiriblər. Hesabat ümumən məqbul qiymətləndirilib və bəzi əlavələrin olunması zəruriliyi nəzərə alınmaqla qəbul edilib.
Gündəlikdə duran ikinci məsələ MŞ-yə üzvlük qaydalarının layihə mətninin müzakirəsi olub. Ə.Amaşov bildirib ki, hazırda Şuranın 230-a yaxın üzvü var. İndiyədək üzvlərin qəbulu Şuranın Nizamnamə tələblərinə uyğun aparılıb. Qaydalar isə mövcud sahədəki proseduru daha da təkmilləşdirmək məqsədi daşıyır. MŞ-nin İdarə Heyətinin üzvlərindən - “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev yeni hazırlanmış qaydalarla bağlı təkliflərini bildiriblər. Müzakirələrdən sonra sənəd əsas kimi qəbul edilib.
İclasda müzakirə edilən növbəti məsələ MŞ-nin 2015-ci il üçün iş planı olub. MŞ üzvləri - B.Sadıqov, BDU-nun jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Day.az media şirkətinin direktor müavini Sevda Həmidova 2014-cü il üçün hesabatdan irəli gələn məqamların iş planında nəzərə alınmasının vacibliyini vurğulayıblar. Bu baxımdan Şuranın bir sıra tematik tədbirlər təşkil etməsinin zəruriliyi əsaslandırılıb. Habelə 2015-ci ildə milli mətbuatımızın 140 illiyinin keçirilməsi ilə bağlı silsilə tədbirlərin təşkili üzərində də dayanılıb. Bu və digər təkliflər də nəzərə alınmaqla iş planı məqbul qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

