Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş rəsm sərgisi açılıb
04.12.2014 [10:09]
Dekabrın 3-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş rəsm sərgisi açılıb.
AzərTAc xəbər verir ki, sərgidə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Məhəmmədəli Ələkbərovun və Sabir Məmmədovun rəsm əsərləri nümayiş etdirilir.
Sərginin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva bildirib ki, bu gün muxtar respublikada rəssamlığın və təsviri sənətin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Yeni nəsil rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılır, bu sahədə çalışanların yaradıcılıq imkanları artırılır, onlara diqqət və qayğı göstərilir. Ötən dörd il ərzində Bəhruz Kəngərli adına sərgi salonunda keçirilən 80-dək sərgidə 4 minə yaxın əsər sərgilənib. Bu gün isə iki fərqli üslub sahibləri - Məhəmmədəli Ələkbərovun və Sabir Məmmədovun fərdi sərgilərinin nümayiş etdirilməsi rəssamlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Rəssamlar Birliyinin sədri qeyd edib ki, Məhəmmədəli Ələkbərovun abstrakt, modern üslubda çəkdiyi əsərlərdə maraqlı süjet, özünəməxsus kompozisiyalar var. Fırça ustası əsərlərində onu bir rəssam kimi daha çox narahat edən və bu gün ətrafda cərəyan edən hadisələri əks etdirib. Bunlardan “Rəssamın emalatxanası”, “Rəssamın mələkləri”, “İlham pərisi emalatxanada” əsərlərini qeyd etmək olar.
Sabir Məmmədovun əsərlərində isə daha çox millilik duyğuları qabarıq şəkildə özünü büruzə verir, rəssam öz doğma yurdunu rəsm əsərlərində canlandırır. “Əlincə qalası”, “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi” kimi əsərləri buna nümunə göstərmək olar. Rəssamın yaradıcılığında sulu, yağlı boya, dəmir üzərində döymə xüsusi yer tutur.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli Sərəncamına əsasən, respublikamızda və ölkəmizdən kənarda təntənəli yubiley tədbirləri keçirilir. 2014-cü il Naxçıvan Muxtar Respublikasında “Muxtariyyat ili” elan olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə dair Tədbirlər Palanı”na əsasən, muxtar respublikada silsilə tədbirlər keçirilir.
Rəhman Məmmədov qeyd edib ki, ötən il Rəssamlar Birliyi üçün yeni bina inşa olunub, müasir sərgi salonu və emalatxana istifadəyə verilib. Yaradılan şərait rəssamların yaradıcılıq imkanlarının daha da genişlənməsinə səbəb olub. Bundan başqa, Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda müvafiq ixtisaslar açılıb, məktəbəqədər tərbiyə müəssisələrində rəsm dərnəkləri yaradılıb. Məhz bunun nəticəsidir ki, son illər naxçıvanlı rəssamlar böyük uğurlara imza atıblar. Dünyanın bir çox ölkələrində rəssamlarımızın sərgiləri açılıb, onlar beynəlxalq festival və müsabiqələrdə iştirak ediblər.
Bildirilib ki, hər bir rəssamın yaradıcılığı, müxtəlif janrlarda çəkdiyi əsərləri onun yaradıcılıq dünyasının nümunəsidir. Bu gün sərgilənən rəsm əsərlərində Naxçıvan Muxtar Respublikasının tarixi, abidələri, təbiəti, mədəniyyəti, eləcə də görkəmli şəxsiyyətlərinin portreti dolğun əks olunub. Ona görə də əminliklə demək olar ki, rəssamlarımızın bu əsərləri zəngin mədəni irsimizin tərkib hissəsi olmaqla yanaşı, həm də muxtar respublikanın bütün sahələrdəki həyatının təbliğinə xidmət edir.
Sonra sərgiyə baxış olub.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27

