/ / Səbail rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Səbail rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
25.10.2014 [11:54]
“Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda jurnalist yazıları müsabiqəsinə yekun vurulub, qaliblər mükafatlandırılıb.
Bununla bağlı oktyabrın 24-də Səbail rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə “Yerli icra hakimiyyəti orqanları ilə KİV arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib.
Konfransda İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan milli mətbuatının keçdiyi inkişaf yolundan danışıb. O, ölkəmizdə plüralizmi, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələrin aradan qaldırılmasında, KİV-in fəaliyyətini tənzimləyən qanunvericilik, onun maddi-texniki bazalarının formalaşması, inkişafı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Ümummilli lider Heydər Əliyevin xidmətlərini qeyd edib. İcra başçısı Ulu öndərin bu siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildiyini diqqətə çatdırıb.
A.Əsgərov Səbail rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı müsabiqənin artıq ikinci dəfədir keçirildiyini xatırladıb.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli məlumat verib ki, Səbail rayonunun sosial-iqtisadi və ictimai-siyasi həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq məqsədi ilə keçirilən müsabiqə ilə əlaqədar müxtəlif kütləvi informasiya vasitələrində 26 yazı dərc olunub.
Digər çıxış edənlər fərdi jurnalist yazıları müsabiqələrinin KİV nümayəndələri ilə rayon İcra Hakimiyyətləri arasında əlaqələrin daha da möhkəmlənməsində, rayonla bağlı dolğun məlumatların ictimaiyyətə çatdırılmasında önəmli rol oynadığını bildiriblər.
Qeyd edilib ki, münsiflər heyətinin qərarına əsasən I yerə “İki sahil” qəzetinin bölmə müdiri Nail Rəhimzadə, II yerə “Bakı Xəbər” qəzetinin müxbiri İradə Sarıyeva, III yerə “Xalq qəzeti”nin baş redaktorunun müavini Tahir Rüstəmov layiq görülüb. Dörd nəfər İcra Hakimiyyətinin xüsusi mükafatına, on nəfər həvəsləndirici, doqquz nəfər isə digər mükafatlara layiq görülüb.
Qaliblərə müsabiqənin şərtlərinə uyğun müvafiq pul mükafatları, Səbail rayon İcra Hakimiyyətinin və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəxri fərmanları təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

