Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
12.09.2014 [09:58]
Sentyabrın 11-də “Hilton Baku” otelində Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) birgə təşkilatçılığı ilə paytaxtın təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
AzərTAc xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, məktəb direktorlarının, müəllimlərin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Konfransda təhsil naziri Mikayıl Cabbarov çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi strategiyanın həyata keçirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, dövlətimiz hər il yeni-yeni uğurlara imza atır. Ölkədəki ictimai-siyasi sabitlik və dinamik tərəqqi təhsil sahəsinin inkişafına da geniş imkanlar yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə xüsusi önəm verdiyini vurğulayan nazir bu sahədə qazanılan uğurlardan danışıb. Qeyd edilib ki, son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb. Bu müddətdə 2 min 800-dən çox yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub, 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Təhsil Nazirliyi tərəfindən 2014-cü ildə 82 təhsil müəssisəsində, o cümlədən 64 orta məktəbdə cari təmir işləri aparılıb, 265 fizika, kimya, biologiya laboratoriyaları müasir avadanlıqla təchiz edilib.
M.Cabbarov bu gün təhsilin məzmununun yenilənməsinin ön plana keçdiyini vurğulayıb.
Nazir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətindən də bəhs edib.
Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyevin 2013|2014-cü tədris ili üzrə hesabat məruzəsi dinlənilib.
Tədbirdə, həmçinin Texniki Humanitar Liseyin direktoru Səidə Zeynalova “Təhsil strategiyası və təlimlər”, 182 nömrəli məktəbin ibtidai sinif müəllimi Aygün Kərimova “Müəllimlərin işə qəbulu müsabiqəsi və sınaq qiymətləndirilmə”, 193 nömrəli orta məktəbin direktoru Rəhim Hüseynov “Təhsildə kurikulumun tətbiqi” mövzularında çıxış ediblər.
Üç və daha artıq məzunu 2013/2014-cü tədris ilində ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuraraq qızıl medal qazandığına görə 10 məktəb direktoru Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

