Milli Qurtuluş Günü münasibətilə əsgər və zabitlər üçün bayram konserti təşkil edilib
12.06.2014 [09:30]
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin Horadiz sərhəd dəstəsində əsgər və zabitlər üçün bayram konserti təşkil edilib.
AzərTAc xəbər verir ki, bayram tədbiri Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Milli Məclis sədrinin müavini Bahar Muradova və Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtarıb, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanıb, əmin-amanlığa və siyasi sabitliyə nail olunub.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində böyük irəliləyiş, inkişaf baş verib, ölkədə nizami ordu yaradılıb. 1993-cü ilin sonlarında Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısı alınıb, Azərbaycan ordusu əks hücuma keçərək, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun 21 kəndini və Horadiz qəsəbəsini işğaldan azad edib.
Bildirilib ki, Ulu öndərin ordu quruculuğu istiqamətində açdığı yol bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordumuzun güclənməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Azərbaycan ordusunun bugünkü durumu, maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi əhval-ruhiyyəsi onu deməyə imkan verir ki, ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.
Xidmətdə fərqlənən zabitlərə bayram münasibətilə hədiyyələr təqdim olunub.
Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam edib.
Əsgər və zabitlər Xalq artisti Nisə Qasımovanın və tanınmış incəsənət ustalarının ifasında təqdim olunan musiqi nömrələrini böyük maraqla dinləyiblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06
Elm
05 Avqust 12:05
Gündəm
05 Avqust 11:50
Gündəm
05 Avqust 11:40
Analitik
05 Avqust 11:20
COP29
05 Avqust 10:57
Analitik
05 Avqust 10:40
Analitik
05 Avqust 10:20
YAP xəbərləri
05 Avqust 10:06
Analitik
05 Avqust 10:05
Analitik
05 Avqust 09:55
Analitik
05 Avqust 09:40
Sosial
05 Avqust 09:20
YAP xəbərləri
05 Avqust 09:07
İqtisadiyyat
05 Avqust 09:05
Dünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37

