Binəqədi rayonu orta məktəblərində də “son zəng” sevinci yaşanıb
31.05.2014 [09:28]
Bu il ümumilikdə 2531 şagird Binəqədi rayonunda məzun adını qazanıb
May ayının 30-da Binəqədi rayon məktəblərində “son zəng”lə əlaqədar tədbirlər keçirilib. Rayonun orta məktəblərində təntənə ilə qeyd olunan belə tədbirlərdən biri də N.Fərəczadə adına 100 saylı tam orta məktəbdə reallaşıb. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iştirak edib.
Tədbir Azərbaycanın dövlət bayrağının səhnəyə gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru Gülnarə Məmmədovanın çıxışından sonra tədbir məktəblilərin hazırladıqları musiqi parçaları, rəqslər, bədii kompozisiyalar və gimnastika oyunlarının nümayiş etdirilməsi ilə davam edib. 11-ci sinfi bitirənlər bilik rəmzi sayılan açarı 10-cu sinif şagirdlərinə təqdim etməklə estafeti onlara həvalə ediblər. Nəhayət “son zəng” səsləndirilib, bu anı sevinc və həyəcan dolu duyğularla gözləyən onbirincilər sanki yeni və fərqli, eyni zamanda, daha məsuliyyətli bir həyatın astanasında olduqlarını hiss ediblər.
Məktəblilər qarşısında çıxış edən Binəqədi rayon İcra Hakmiyyətinin başçısı Xaləddin İsgəndərov müstəqil həyata ilk addımlarını atan məzunları təbrik edib, onlara ən xoş arzularını bildirib. Müstəqil Azərbaycanda - təhsilin dövlət qayğısı ilə əhatə olunduğu bir ölkədə yaşamağın və təhsil almağın bir xoşbəxtlik olduğunu qeyd edən RİH başçısı hər bir vətəndaşın belə “zəngin xəzinə”ni əldə etməsi üçün ölkəmizdə dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını diqqətə çatdırıb. İlbəil təhsil sahəsinə artan dövlət qayğısı, bu sahədə atılan yenilikçi addımlar, qabaqcıl dünya təcrübəsindən bəhrələnməklə çağdaş təlim metodlarının tətbiqinin bu gün təhsilimizin inkişafına əlverişli zəmin yaratdığına toxunan natiq millətin gələcəyi olan təhsilin cənab Prezidentin xüsusi diqqət göstərdiyi sahə olduğunu vurğulayıb. Sonda X.İsgəndərov məzunları bir daha təbrik edərək onlara Azərbaycanın inkişafına töhfələr verməyi, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzulayıb. Qeyd edək ki, bu il ümumilikdə 2531 şagird Binəqədi rayonunda məzun adını qazanıb.
Xəbər lenti
Hamısına baxSosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05

