ABŞ-ın Con Hopkins Universitetinin professoruna “ADA” Universitetinin fəxri doktoru adı verilib
22.05.2014 [09:19]
ABŞ-ın Con Hopkins Universitetinin professoru, İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun yaradıcısı və rəhbəri Frederik Stara “ADA” Universitetinin fəxri doktoru adı verilib.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini, səfir Hafiz Paşayev elmin inkişafına böyük töhfələr vermiş qonağı rəhbəri olduğu ali təhsil ocağının professor-müəllim heyəti və tələbələri adından səmimi salamlayıb.
Rektor Hafiz Paşayev professor Frederik Starın Mərkəzi Asiya regionu ölkələrinin tarixi, inkişaf dinamikası, eləcə də bölgənin siyasəti ilə bağlı apardığı araşdırma və tədqiqatlarını yüksək qiymətləndirib.
“ADA” Universitetinin rektoru Hafiz Paşayev ABŞ ilə Azərbaycan arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən, elm, təhsil və mədəni sahələrdə səmərəli əməkdaşlıqdan danışıb.
Hafiz Paşayev bu cür görüşlərin iki ölkənin ali təhsil ocaqları arasında elm, təhsil və mədəniyyət sahələrində münasibətlərin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Hafiz Paşayev “ADA” Universiteti ilə bir çox ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndiyini qeyd edib.
“ADA” Universitetinin rektorunun müşaviri səfir Con Moresko çıxış edərək professor Frederik Starın həyatı və elmi nailiyyətləri barədə məlumat verib. Bildirilib ki, F.Star tanınmış alim, beynəlxalq münasibətlər üzrə tədqiqatçı və Mərkəzi Asiya regionu ölkələrinin tarixini araşdıran mütəxəssisdir. O, yüzlərlə elmi məqalənin, bir çox monoqrafiyanın və dərs vəsaitinin müəllifidir.
Frederik Star çıxış edərək Azərbaycana gəlməsindən məmnunluğunu ifadə edib. Fəxri doktor adına layiq görülməsinə görə universitetin kollektivinə minnətdarlığını bildirən professor F.Star Azərbaycanda təhsilə göstərilən dövlət qayğısının qürurverici olduğunu bildirib.
Daha sonra tədbirdə professor Frederik Starın yeni “Unudulmuş maariflənmə: Ərəb işğalından Tamerlana qədər Mərkəzi Asiyanın qızıl dövrü” kitabının təqdimatı olub.
Kitabda 800-cü və 1200-cü illər arasında Mərkəzi Asiyanın çiçəklənmə dövründən, regionun dünya ticarəti və iqtisadiyyatında böyük rol oynamasından, şəhərlərin və arxitekturanın böyük inkişaf yolunu keçməsindən, mədəniyyət, ədəbiyyat və incəsənət sahələrində böyük inkişafın müşahidə olunmasından söhbət açılır.
Kitabda, həmçinin Mərkəzi Asiya xalqlarının astronomiya, riyaziyyat, tibb, geologiya, kimya, musiqi, sosial elmlər və digər sahələrdə böyük nailiyyətlər əldə etdiyi xüsusi vurğulanır.
Sonda Frederik Stara təhsil sahəsində gördüyü işlər və ABŞ ilə Azərbaycan xalqları arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə “ADA” Universitetinin fəxri doktoru adı verilib və professora diplom təqdim edilib.
Tədbirdə Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin nümayəndələri və jurnalistlər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58

