Gəncə əvvəlki illərdə qazandığı uğurlarını cari ilin birinci rübündə də qoruyub saxlayıb
22.04.2014 [09:24]
2014-cü ilin ilk 3 ayı Gəncə şəhəri üçün uğurla yekunlaşıb. Ötən dövr ərzində əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, respublikanın digər bölgələri kimi, Azərbaycanın bu qədim şəhəri də bütün sahələr üzrə böyük inkişaf yolundadır. Aprelin 18-də Gəncə şəhər İcra Hakimiyyətinin böyük iclas salonunda keçirilən ümumşəhər müşavirəsində geniş məruzə ilə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verərək deyib ki, bu uğurlar Prezident İlham Əliyevin yanvarın 21-də Gəncəyə növbəti səfərindən sonra daha da sürətlənib, gəncəlilər tarixi səfər zamanı ölkə başçısının verdiyi hər bir tapşırığı proqram sənədi kimi qəbul edərək daha əzmlə çalışıblar.
Elmar Vəliyev daha sonra deyib ki, şəhərdə başlanan abadlıq və quruculuq işləri yola saldığımız rüb ərzində də uğurla davam etdirilib. Belə ki, ümumdaxili məhsul istehsalı 159 milyon manata çatıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur. Əhalinin pul gəlirləri də xeyli artıb. Şəhərdə fəaliyyət göstərən “Gəncə-Şərab-2”, “Elba”, Gəncə-Tekstil Məhdud Məsuliyyətli Cəmiyyət həmişə olduğu kimi, ötən rüb ərzində də uğurlara imza atıblar. Elmar Vəliyev şəhərdə həyata keçirilən abadlıq və quruculuq işlərinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artdığını söyləyib. 300 yaşayış binasının dam örtüyü və fasadı yenidən qurulub, 70 ədəd çoxmərtəbəli binada liftlər yenisi ilə əvəz edilib. Bir çox küçələr genişləndirilib, şəhər Təhsil İdarəsi, Mərkəzi Bankın Gəncə şəhər filialı, Nizami rayon Polis İdarəsi üçün inzibati binalar inşa edilib. Bundan başqa, bir çox küçələrdə Gəncə memarlıq üslubuna uyğun olaraq, binaların fasad hissəsi kərpiclə təmir olunub, küçələrə gözəl görkəm verilib.
Şəhərdə ekologiyanın qorunması və eləcə də, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə “Ulu öndərin ad gününə kimi 91 min ağac əkək!” devizi altında keçirilən aksiya uğurla davam etdirilir.
Müşavirədə şəhər ictimai nəqliyyatının yenilənməsi, həmçinin işıq, qaz təsərrüfatında olan bəzi nöqsanların aradan qaldırılması üçün müzakirələr aparılıb, bu sahələrdə işlərin kökündən yaxşılaşdırılması məqsədilə tapşırıqlar verilib.
Daha sonra çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev Ulu öndər Heydər Əliyevin 91 illiyi ilə əlaqədar Gəncədə keçirilən tədbirlər haqqında məlumat verib. Bildirib ki, silsilə tədbirlər sırasında Ulu öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə YAP Gəncə şəhər təşkilatının qərargahında və Heydər Əliyev Mərkəzində dərslər keçirilir. Bu günə qədər 3703 nəfər şagird dərslərdə iştirak edib.
Müşavirədə iştirakçılar bir sıra arzu və təkliflər irəli sürüblər. Bununla bağlı aidiyyəti idarə və təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxElm
21 Avqust 15:55
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59

