Səbail rayonunda əhalinin tibbi müayinədən keçirilməsi vəziyyəti müzakirə olunub
03.04.2014 [09:41]
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq fevralın 17-dən mayın 1-dək ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri Səbail rayonunda da yüksək səviyyədə təşkil olunub.
Bu mühüm aksiyanın keçirilməsi vəziyyətini müzakirə etmək üçün Səbail rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın geniş yığıncağı keçirilib.
Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, iclasda çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizdə iqtisadiyyatın inkişafının səhiyyə sahəsində də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratdığını diqqətə çatdırıb. Vurğulanıb ki, əhalinin sağlamlığı məsələlərini hər zaman diqqətdə saxlayan dövlət başçısının imzaladığı Dövlət Proqramlarına, Sərəncam və tapşırıqlarına əsasən müxtəlif profilli yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidən qurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri aparılır.
Bildirilib ki, rayonda fəaliyyət göstərən 25 tibb müəssisəsinin böyük əksəriyyəti əsaslı təmir olunub. Təkcə son iki il ərzində Səbail rayonunda MTN-nin yeni hərbi hospitalı istifadəyə verilib, 1, 2, 15, 33 saylı şəhər poliklinikaları, 3 saylı vərəm əleyhinə dispanser, 3 saylı təcili tibbi yardım stansiyası əsaslı təmir olunub, yeni 19 saylı köməkçi təcili yardım stansiyası açılıb.
Qeyd edilib ki, dövlət başçısının tapşırığı ilə əlaqədar rayon İcra Hakimiyyətində müşavirə keçirilib, əlaqədar qurumlara müvafiq tapşırıqlar verilib.
Məlumat verilib ki, fevral ayının 17-dən aprel ayının 1-dək rayon üzrə 42.084 nəfər müayinədən keçib. Müayinə zamanı bəzi şəxslərdə arterial təzyiq, şəkərli diabet, qan, ürək-damar, tənəffüs sistemi və oynaq xəstəlikləri aşkarlanmış xəstələr ambulator, stasionar müalicəyə cəlb olunub və dispanser qeydiyyata götürülüb, onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunub. Bu müddətdə 143 nəfər stasionar müalicəyə götürülüb, 5649 nəfərə ambulator müalicə təyin edilib. Görülən işlər rayon icra hakimiyyətində yaradılmış komissiya tərəfindən əlaqələndirilir.
Şura iclasında çıxış edən 1 saylı poliklinikanın baş həkimi Kübra Cabbarova, 33 saylı poliklinikanın baş həkimi Nazim İldırımzadə, 34 saylı poliklinikanın baş həkimi Vəfa Əliyeva, 2 saylı poliklinikanın baş həkim müavini Şahin Quliyev çalışdıqları tibb müəssisələrində əhalinin profilaktik müayinəsi, həmçinin nəzərdə tutulan tədbirlərlə bağlı məlumat veriblər.
Bildirilib ki, rayon ərazisində yerləşən bütün müəssisələrin, idarə və təşkilatların, orta və ali təhsil müəssisələrinin, digər təşkilatların işçilərinin, ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrə qatılması üçün işlər həyata keçirilir. Bir sıra hallarda isə səhiyyə müəssisələrində təşkil olunmuş səyyar həkim briqadaları tərəfindən iş yerlərində müayinələrin keçirilməsi aparılır, həmçinin xəstə vətəndaşlar evlərində müayinə olunurlar.
Tədbirdə bir sıra təkliflər də səsləndirilib.
Sonda bu mühüm aksiyanın uğurla başa çatdırılması üçün əlavə tədbirlərin həyata keçirilməsi ilə bağlı qarşıda duran vəzifələrdən danışılıb, təşkilat rəhbərlərinə tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

