Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Cəzaçəkmə yerlərindən azad edilmiş daha 444 şəxs işlə təmin olunub

Cəzaçəkmə yerlərindən azad edilmiş daha 444 şəxs işlə təmin olunub

23.06.2026 [15:27]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi cəzaçəkmə yerlərindən azad olunmuş şəxslər üçün aktiv məşğulluq proqramlarını davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, cari ilin 5 ayı ərzində bu kateqoriyadan olan daha 444 şəxs işlə təmin edilib, 6 şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Eyni zamanda, həmin şəxslər əmək bazarının tələblərinə uyğun şəkildə peşə hazırlığı kurslarına da cəlb edilirlər. Yanvar-may ayları ərzində 28 nəfərin peşə hazırlığına cəlb edilməsi təmin olunub.

Hazırlıq kurslarını uğurla bitirənlərin müvafiq sahələr üzrə işlə təmin olunmalarına dəstək göstərilir.

Paylaş:
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30