Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / DİM iyunun 21-də ümumi orta təhsil səviyyəsi üzrə imtahanlar təşkil edəcək

DİM iyunun 21-də ümumi orta təhsil səviyyəsi üzrə imtahanlar təşkil edəcək

19.06.2026 [11:36]

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 21-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ təkrar imtahanlar keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar Bakı, Abşeron və Sumqayıt şəhərlərində təşkil olunacaq. Təkrar imtahanda mayın 25-27-də qeydiyyatdan keçən və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər iştirak edə bilərlər.

Bununla yanaşı, qeyd olunan şəhər və rayonlar üzrə mayın 25-26-da təhsil aldıqları məktəbə müraciət edən cari və əvvəlki illərin IX sinif şagirdləri də iyunun 21-də keçiriləcək imtahanda iştirak hüququ qazanıblar.

İmtahanlar saat 10:00-da başlayacaq. Buraxılış rejimi isə saat 09:45-də başa çatacaq. Bu vaxtdan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq

İştirakçıların imtahan binasına rahat daxil olmaları üçün müxtəlif gəlmə saatları müəyyən edilib və həmin vaxtlar buraxılış vərəqələrində göstərilib. DİM abituriyent və şagirdlərə imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlməyi tövsiyə edir.

İmtahanda iştirak etmək üçün abituriyent və şagirdlər özləri ilə buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsində fotoşəkli olmayan iştirakçılar isə əlavə olaraq təhsil müəssisəsi tərəfindən verilmiş, fotoşəkil yapışdırılmış və möhürlə təsdiqlənmiş arayışı da gətirməlidirlər.

Qeyd edək ki, imtahanlarda ümumilikdə 365 nəfərin iştirakı nəzərdə tutulur. Onlardan 6 nəfəri sağlamlıq imkanları məhdud şagirddir. Onların rahat şəkildə imtahan vermələri üçün xüsusi zallar ayrılıb, görmə məhdudiyyəti olan şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

İmtahanların təşkili və idarə olunmasına 3 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 41 nəzarətçi, 6 buraxılış rejimi əməkdaşı və 3 bina nümayəndəsi cəlb olunub.

Paylaş:
Baxılıb: 596 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30