/ / Qubadlı rayonunun Qaralar kənd inzibati ərazi dairəsi üzrə ilin yekunları sakinlərlə birgə müzakirə edilib
Qubadlı rayonunun Qaralar kənd inzibati ərazi dairəsi üzrə ilin yekunları sakinlərlə birgə müzakirə edilib
25.01.2014 [10:41]
Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət evində Qubadlı rayon İcra Hakimiyyəti başçısının Qaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, hesabat məruzəsi ilə çıxış edən ərazi dairəsi üzrə nümayəndə Əlvan Rüstəmov ilin yekunları və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yüksək templə inkişaf edir və bu, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına şərait yaradır. Belə ki, ötən il respublikamızda 20 min köçkün yeni mənzillə təmin edilib. Onların arasında Qubadlıdan olan məcburi köçkünlər də var.
Diqqətə çatdırılıb ki, hesabat ilinin ən əlamətdar hadisələrindən biri prezident seçkilərinin keçirilməsi olub. Seçkilərdə fəallıq göstərən Qubadlı sakinləri Yeni Azərbaycan Partiyasının namizədi, Ulu öndərin layiqli davamçısı İlham Əliyevə yekdilliklə səs veriblər. Bununla da məcburi köçkünlər dövlətə, dövlətçiliyə sadiqliyini bir daha nümayiş etdiriblər.
Məlumat verilib ki, inzibati ərazi dairəsi üç kəndi - mərkəzi Qaralar kəndi olmaqla, Hüseynuşağı və Kavdadıq kəndlərini əhatə edir. Dairə üzrə 2014-cü il yanvarın 1-dək 231 ailə və 786 sakin qeydə alınıb. Əmək pensiyası alanlar 39 nəfərdir ki, bu da əhalinin 5 faizini təşkil edir. İşləyənlərin sayı 262 nəfər olub.
Ərazi dairəsində Qaralar və Kavdadıq kənd tam orta məktəbləri fəaliyyət göstərir. Qaralar kənd tam orta məktəbi üçün Bakı şəhərində müasir tələblərə cavab verən bina tikilib. Həmin məktəbdə 476 şagirdin təlim-tərbiyəsi ilə 48 müəllim məşğul olur. 2013-cü ildə məktəbi bitirən 27 məzundan 12-si ali məktəbə qəbul olub. Kavdadıq kənd tam orta məktəbi isə Sumqayıt şəhərinin 24 saylı tam orta məktəbinin binasında fəaliyyət göstərir. Həmin məktəbdə 75 şagird təhsil alır.
Məruzəçi daha sonra bildirib ki, qazanılan bütün nailiyyətlər əhali tərəfindən birmənalı olaraq Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi kimi dəyərləndirilir. Hamı əmindir ki, bütün problemlərimizin həllinin yolu bu siyasətdən keçir.
Yığıncaqda çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini A.Haxverdiyev vurğulayıb ki, ərazi dairələri üzrə nümayəndələrin hesabatlarının bilavasitə sakinlərin iştirakı ilə dinlənilməsi artıq ənənəyə çevrilib. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ictimai rəyin öyrənilməsinə və nəzərə alınmasına hesablanan bu iş metodu rayon əhalisi tərəfindən rəğbətlə qarşılanır. İnsanlarla birbaşa, canlı ünsiyyət, ictimai rəyin öyrənilməsi, fəaliyyətin aşkarlığı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik üslubundan irəli gəlir. Qubadlı rayonunun əhalisi Ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik strategiyasından qaynaqlanan, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən tarixi şəraitə uyğun yaradıcılıqla həyata keçirilən daxili və xarici siyasəti birmənalı olaraq dəstəkləyir.
Yığıncaqda çıxış edən sakinlər ölkədə və rayonda aparılan quruculuq işlərini yüksək qiymətləndiriblər.
Sonda hesabatla bağlı qərar qəbul edilib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41

