Metroda və avtobusda ödənişə görə “ardıcıl vəsait çıxılması” hallarına aydınlıq gətirilib
01.05.2026 [13:41]
NFC vasitəsilə həyata keçirilən ödənişlər zamanı bəzi hallarda vəsait bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə çıxıla bilər. Bu, ictimai nəqliyyatda tətbiq olunan gecikdirilmiş avtorizasiya prinsipi ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə BakıKart, Bakı Metropoliteni QSC və BakuBus MMC-nin NFC ödənişləri ilə bağlı birgə açıqlamasında bildirilib.
Açıqlamada qeyd edilib ki, sərnişinlərin etdiyi gedişlər üzrə ödənişlər real vaxtda deyil, müəyyən zaman intervalı ilə emal edildiyindən, bəzi hallarda kartlardan ardıcıl və ya təkrarlanan çıxılma kimi görünə bilər. Lakin hər bir əməliyyat ayrıca və düzgün şəkildə sistem tərəfindən təsdiqlənir və emal olunur.
Hazırda müşahidə edilən “ardıcıl vəsait çıxılması” halları aprelin 24, 25, 26 və 27-də həyata keçirilmiş gedişlər üzrə ödənişlərin gecikmə ilə emal olunması ilə əlaqədardır. Bu səbəbdən kartlardan çıxılan məbləğlər cari günə deyil, həmin tarixlərdə istifadə edilən xidmətlərə aiddir.
Sərnişinlərə bank kartlarının əməliyyat tarixçəsini yoxlamaq tövsiyə olunur. Bildirilib ki, sistem yalnız faktiki istifadə edilən gedişlər üzrə vəsait tutur və heç bir halda əlavə və ya artıq məbləğin silinməsi baş vermir.
Layihənin operatoru olan BakıKart qeyd edib ki, yaranan suallarla bağlı sərnişinlər birbaşa müraciət edə bilərlər və müraciətlər operativ şəkildə araşdırılaraq əlavə məlumat təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15

