Nəticələri həyəcanla gözləyənlər...
03.04.2026 [08:52]
Keçid balları aşağı salınacaq?
Martın 9-da və 15-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən (11 illik) orta təhsil səviyyəsi üzrə imtahan verən abituriyentlər cavabları həyəcanla gözləyirlər. DİM-dən verilən məlumata görə, nəticələr imtahanın keçirildiyi tarixdən sonra 7 həftə ərzində elan olunacaq. Xatırladaq ki, imtahandan artıq 3 həftə keçib. Deməli, nəticələr növbəti 1 ay ərzində elan olunacaq.
Qeyd edək ki, imtahanda iştirak edən şagirdlər və onların valideynləri sualların çətin olması, həmçinin tədris proqramına uyğun olmaması ilə bağlı narazılıqlarını bildirmişdilər. Son günlər isə keçid ballarının aşağı düşəcəyi ehtimal olunur. Xüsusilə də, balların ötən illərlə müqayisədə nisbətən aşağı olması bu ehtimalı gündəmə gətirib.
İmtahan nəticələri məlum olmadan...
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, 11-ci sinif şagirdləri buraxılış imtahanını verərək, qəbul prosesinin ilk mərhələsini geridə qoyublar. Onun sözlərinə görə, qarşıda abituriyentləri ali məktəblərə qəbul üçün əsas mərhələ sayılan blok imtahanları gözləyir: “Buraxılış imtahanlarında suallarının çətinliyi ilə bağlı müxtəlif fikirlər səslənir. Lakin hələ imtahan nəticələri məlum olmadan ümumi vəziyyətin hansı formada olduğunu demək mümkün deyil. Ola bilər ki, iştirakçıların müəyyən bir qisminə suallar çətin görünsün, amma elə abituriyentlər də var ki, onlar daha uğurlu nəticələr əldə edə bilərlər”.
Ekspert qeyd edib ki, ən doğru yanaşma nəticələri gözləməkdir: “Yalnız nəticələr açıqlanandan sonra aparılan təhlillər zamanı bu ilin buraxılış imtahanlarının göstəricisi ilə ötən ilin buraxılış imtahanlarının median göstəricisini müqayisə etmək mümkün olacaq. Əgər bu il median bal ötən illə müqayisədə aşağı olarsa, bu, keçid ballarına müəyyən təsir göstərə bilər. Əgər nəticələr ötən illə eyni səviyyədə və ya daha yüksək olarsa, demək ki, keçid ballarında ciddi dəyişiklik baş verməyəcək. Hazırkı vəziyyətdə iştirakçı sayı kifayət qədər çoxdur və bu da rəqabətin yüksək olacağını göstərir. Rəqabət yüksək olduğu halda isə hər hansı ixtisas üzrə keçid ballarının enəcəyini indidən demək mümkün deyil”.
Bu halda keçid balları yüksələ bilər
Təhsil eksperti Səbuhi Abdullayev buraxılış imtahanlarında sualların çətin və ya asan olmasının hər il müzakirə olunan məsələlərdən biri olduğunu vurğulayıb: “Lakin qəbul ballarının artıb-artmayacağını yalnız sualların səviyyəsi ilə izah etmək doğru olmaz. Çünki qəbul balları təkcə imtahanın çətinliyindən deyil, ümumi nəticələrdən, iştirakçıların performansından və ixtisaslar üzrə rəqabətin səviyyəsindən asılı olaraq formalaşır.
Əgər imtahan sualları daha çətin olarsa, bu, adətən ümumi nəticələrin aşağı düşməsinə səbəb olur və nəticədə keçid ballarında ciddi artım müşahidə edilmir. Əksinə, suallar nisbətən asan olduqda daha çox abituriyent yüksək nəticə əldə edir və bu zaman bəzi ixtisaslar üzrə rəqabət artır, nəticədə keçid ballarında yüksəliş baş verə bilər. Yəni proses nisbi qiymətləndirmə prinsipi ilə formalaşır”.
Keçid ballarına təsir edən amillər...
Ekspert, onu da bildirib ki, qəbul ballarına təsir edən əsas amillərdən biri də konkret ixtisaslara olan maraqdır: “Bəzən imtahanın çətinliyindən asılı olmayaraq müəyyən ixtisaslara maraq çox olduqda həmin ixtisaslarda keçid balları yüksələ bilir. Buna görə də, bir və ya iki imtahanın çətinliyi əsasında əvvəlcədən dəqiq proqnoz vermək real olmaz.
Ümumilikdə, demək olar ki, buraxılış imtahanlarının nəticələri qəbul prosesinin yalnız bir hissəsidir və yekun qəbul balları bütün mərhələlərin nəticələri, eləcə də abituriyentlərin ümumi göstəriciləri əsasında formalaşır.
Ona görə də, bu mərhələdə əsas diqqət imtahanın çətin və ya asan olmasına deyil, nəticələrin ümumi statistikasına yönəldilməlidir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

