Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakıda su basmış həyət və fərdi evlərlə bağlı operativ tədbirlərin görülməsinə dair müvafiq tapşırıqlar verilib

Bakıda su basmış həyət və fərdi evlərlə bağlı operativ tədbirlərin görülməsinə dair müvafiq tapşırıqlar verilib

29.03.2026 [16:45]

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) şəhərin kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

BŞİH-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sədrliyi ilə keçirilən müşavirədə üç gün ərzində yağan şiddətli yağışların fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlər, onların daha da gücləndirilməsi, su basmış həyət və fərdi evlərlə bağlı operativ tədbirlərin görülməsi məsələləri müzakirə olunub və müvafiq tapşırıqlar verilib.

Yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı Nizami, Xəzər və Sabunçu rayonlarında görülən işlər müsbət hesab edilib, eyni zamanda, bəzi rayonlarda yağışla bağlı tədbirlərin zəif aparıldığı qeyd edilib. Aparılan monitoriqlərin nəticələri kimi yağışdan ən çox zərər çəkən vaxtı ilə heç bir tikinti normalarına uyğun olmayaraq qanunsuz tikilən gecəqondu evlərin olduğu qeyd edilib və ərazidə yağışın fəsadlarının aradan qaldırılmasında rayon icra hakimiyyəti başçılarının şəxsi məsuliyyət daşıdığı bildirilib.

Müşavirədə martın 30-da paytaxtda təmizliklə bağlı genişmiqyaslı ümumşəhər daxili iməciliyin keçirilməsi qərara alınıb.

Toplantıda yağışın fəsadlarının aradan qaldırılması işlərində şəhərin kommunal-təsərrüfat qurumları, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə fəaliyyəti təqdirəlayiq hesab edilib və bu işlərin daha da genişləndirilməsi qərara alınıb.

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30