Ölməzliyin adı: Mübariz İbrahimov
07.02.2026 [09:50]
Vətən üçün yaşamaq da, ölmək də şərəfdir...
Vətən elə bir müqəddəs anlayışdır ki, onun yolunda canını fəda edənlər zamanın fövqünə qalxır, adları tarixə deyil, xalqın ürəyinə yazılır. Mübariz İbrahimov da məhz belə oğullarımızdandır. Uzun illər işğal altında qalan torpaqlarımızın həsrəti hər bir azərbaycanlının ürəyində köz kimi yanıb. Bəziləri bu həsrəti sözlə ifadə edirdi, bəziləri isə sükutla yaşayırdı. Mübariz isə bu ağrını əmələ çevirdi. O, Vətənin çağırışını eşitdi və tərəddüd etmədən cavab verdi. Təkbaşına düşmən mövqelərinə doğru atdığı addım əslində milyonların ürəyindən keçən bir hayqırtı idi...
Mübariz İbrahimov ölümün üzərinə qorxmadan gedərkən, həyatın mənasını Vətəndə tapmışdı. Onun şəhidliyi sübut etdi ki, Azərbaycan əsgəri ruhən yenilməzdir, torpaq sevgisi hər cür silahdan güclüdür.
Bu gün Milli Qəhrəmanımızın anadan olmasından 38 il ötür. 1988-ci il fevralın 7-də doğulan qəhrəmanımız Qarabağ müharibəsi ilə həmyaşıd idi. Qəhrəmanlıq ənənələri ruhunda böyüyən Mübariz orta təhsilini şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbində alıb. 2006-cı ilin yazında həqiqi hərbi xidmətə çağrılan gənc Mübariz Daxili Qoşunların “N” saylı hissəsinin xüsusi təyinatlı bölüyündə atıcı əsgər olub, həqiqi hərbi xidmətini çavuş rütbəsində başa vurub. 2009-cu ildə yenidən, bu dəfə gizir kimi orduda xidmətə başlayıb. Çox keçmədən öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birinə xidmətə göndərilib.
Sonuncu məktub...
2010-cu il iyunun 18-dən 19-a keçən gecə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında 22 yaşlı gizir Mübariz İbrahimov döyüş növbəsində olduğu vaxt düşmən tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində başlanan atışmada şəxsi rəşadət nümayiş etdirir. Təkbaşına təmas xəttinin bir kilometrlik minalanmış sahəsini keçir. Qəfil həmləsi ilə Ermənistan ordusunun çox sayda əsgər və zabitini məhv edir. Sonra isə düşmənin öz silahlarından onun özünə qarşı istifadə edərək 5 saat təkbətək döyüşür. Düşməni çox ağır itkilərə məruz qoyur. Azərbaycan döyüşçüsü səhərə yaxın qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Bu sətirlər Mübarizin evlərinə göndərdiyi son məktubundandır: “Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək düşmənin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim... Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Bu gün Mübariz İbrahimovun ruhu şaddır. Çünki onun da qəhrəmanlığından ilham alan igid oğullarımız 2020-ci ilin 44 günlük Vətən müharibəsində torpaqlarımızı düşməndən azad edərək şanlı Qələbə qazandılar.
Mübarizin şücaətinə verilmiş layiqli qiymət
Prezident İlham Əliyevin 22 iyul 2010-cu il tarixli Sərəncamı ilə gizir Mübariz İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, “Qızıl Ulduz” medalı, “Vətən övladı” qızıl ordeni ilə təltif edilib. O, həmçinin Azərbaycanda ilin adamı mükafatına layiq görülüb. İgid Mübarizin düşmən tərəfdə qalmış nəşi bir müddət sonra Ali Baş Komandanın qətiyyətli səyləri sayəsində alınaraq doğma Vətənə gətirilib.
Prezident İlham Əliyev qəhrəmanla vida mərasimindəki nitqində onun əbədiyyət yolçuluğunu yüksək qiymətləndirib: “Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir... Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar var... Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar, ən mübariz ordudur və şəhidlərimizin qəhrəmanlığı bunu bir daha sübut edir”.
Ziyarətgaha çevrilmiş ev...
Milli Qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə doğulub boya-başa çatdığı Biləsuvar rayonunda lisey kompleksinə və küçələrdən birinə onun adı verilib.
15 ilə yaxındır ki, Əliabad kəndini Mübarizin kəndi adlandırırlar. Milli Qəhrəmanın ata evinin həyətində onun ev-muzeyi tikilib. Bura gələn hər kəs ondan xatirə qalmış əşyalarla, fotoguşəylə tanış olur, qəhrəmanın əziz xatirəsinə sonsuz ehtiramını bildirir.
M.İbrahimov həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda qəhrəmanlıq, şücaət rəmzinə çevrildi. Qəhrəmanımız qısa ömür yaşasa da canını Vətən yolunda fəda etməsi ilə gənclərə örnək olacaq şanlı bir yol və ad-san qoyub getdi. Bizlər üçün Mübariz ölməyib. Hər bir şəhidimiz kimi Mübariz İbrahimov da əbədiyaşardır.
O gecə Mübariz yalnız səngəri deyil, qorxu divarını da yarıb keçdi. Onun şəhidliyi xalqımızın özünə inamını geri qaytardı. Mübariz adı bir anda cəsarətin, qeyrətin, mərdliyin sinoniminə çevrildi. Analara oğul, gənclərə örnək oldu. O göstərdi ki, Vətən üçün yaşamaq da, ölmək də şərəfdir.
Bu gün Mübariz İbrahimov aramızda fiziki olaraq olmasa da, ruhu səngərlərdə keşik çəkir, azad edilən torpaqlarda dalğalanan bayrağımızda yaşayır. O, bir xalqın vicdanıdır və xalq öz igid oğlunu heç vaxt unutmayacaq.
Çünki Mübariz ölmədi.
Mübariz ad oldu.
Mübariz tarix oldu...!
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

