Yaponiyanın “Tokyo Boeki” şirkətinin nümayəndələri BDU-da olublar
09.11.2013 [12:46]
Yaponiyanın “Tokyo Boeki” şirkətinin prezidenti Kazuei Uçida, satış və marketinq şöbəsinin direktoru Keiji Takigava, “Tokyo Boeki” şirkətinin Ukrayna ofisinin idarəedici direktoru Aleksey Şpak və mühəndisi Vitaliy Tinkov Bakı Dövlət Universitetində (BDU) olublar. Onlar BDU-nun Nano araşdırmalar laboratoriyasına baş çəkib və “Tokyo Boyko” şirkətindən alınmış cihazların hazırkı vəziyyətləri ilə tanış olublar. Nano araşdırmalar laboratoriyasında professor Məmmədəli Ramazanov onlara cihazların texniki vəziyyəti və bu cihazlar vasitəsi ilə aparılan tədqiqatlar barədə ətraflı məlumat verib.
Sonra qonaqları BDU-nun rektoru, akademik Abel Məhərrəmov qəbul edib. Görüşdə Bakı Dövlət Universitetində elektron mikroskopunda işləmək üçün treninq mərkəzi yaratmaq, gələcəkdə nanotexnologiyanın müxtəlif sahələrində, materialşünaslıq, nanotibb, nanotoksikologiya və neftçıxarmada nanotexnologiyanın tətbiqi istiqamətlərində danışıqlar aparılıb və razılığa gəlinib. Qeyd edilən istiqamətlərdə treninqlər aparmaq üçün Yaponiyanın nüfuzlu şirkətlərindən, universitetlərindən mütəxəssislərin və professorların dəvət olunması üçün müzakirələr aparılıb. BDU-nun savadlı və bacarıqlı tələbələrinin elmə həvəsinin artırılması məqsədi ilə “Tokyo Boeko” şirkətinin xüsusi təqaüdünün verilməsi qərara alınıb. BDU-da təbiət elmləri istiqamətində elm muzeyinin, innovasiya texnologiyalarının elektron nümayişi üçün xüsusi sahənin yaradılması məsələləri, skanedici elektron mikroskopunun daha geniş imkanlarla işinin təmin edilməsi və nümunələrin tədqiqata hazırlanması üçün xüsusi qurğunun alınması barədə də razılıq əldə edilib.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

