Bir gündə 4 ünvan...
10.01.2026 [11:14]
Ağdərəyə köç karvanı yola salınıb
İllərdir həsrətlə gözlənilən günləri yaşayırıq, demək olar ki, hər gün işğaldan azad edilmiş rayonlarımızda köç karvanı yola salınır. Böyük Qayıdış artıq zamanın içində axan, hər səhər xəbərlərin sərlövhəsində, hər axşam insanların söhbətində yaşayan bir prosesə çevrilib. Bu qayıdışın mənası təkcə fiziki məkanın geri alınması deyil. Böyük Qayıdış həm də yaddaşın, ləyaqətin, tarixi ədalətin bərpasıdır. Uzun illər həsrətini çəkdiyimiz torpaqlara qayıtmaq, əslində özümüzə qayıtmaqdır. Çünki insan torpaqdan ayrı düşəndə, kökündən qopar, kökünə qovuşanda isə yenidən boy atar...
Daha 89 ailə...
Dünən Böyük Qayıdış karvanı Ağdərənin 4 kəndinə doğru yola salınıb. Belə ki, Ağdərənin Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə ilk dəfə 89 ailə (337 nəfər) yola salınıb. Aşağı Oratağ kəndinə 31 ailə (119 nəfər), Heyvalı kəndinə 19 ailə (74 nəfər), Çapar kəndinə 26 ailə (96 nəfər), Çıldıran kəndinə isə 13 ailə (48 nəfər) köçürülüb. Ümumilikdə Ağdərə rayonu üzrə məskunlaşan sakinlərin sayı 2663 (714 ailə) nəfər təşkil edir.
Susdurulan yaddaşın işğal hekayəsi
Ağdərə - Qarabağın şimalında, dağların sinəsində yerləşən bu qədim yurd yeri uzun illər təkcə coğrafi məkan yox, həm də Azərbaycan yaddaşının canlı parçası olub. Lakin XX əsrin sonlarında baş verən hadisələr bu yaddaşı zorla susdurmağa, torpağı sahibindən ayırmağa cəhd göstərdi. Ağdərənin işğalı spontan bir hərbi hadisə deyildi. Bu, Sovet İttifaqının süqutu fonunda baş qaldıran erməni millətçi iddialarının, mərkəzi hakimiyyətin zəifləməsinin və bölgədə süni şəkildə alovlandırılan separatizmin nəticəsi idi. 1988-ci ildən etibarən Qarabağda başlayan gərginlik tədricən silahlı münaqişəyə çevrildi. Azərbaycan dövlətçiliyi hələ formalaşma mərhələsində olduğu bir vaxtda, nizamsızlıq, siyasi böhran və idarəetmə boşluğu düşmənin planlarını asanlaşdırdı.
1992-ci ildə Qarabağda döyüşlər xüsusilə şiddətləndi. Ağdərə strateji mövqeyinə görə əsas hədəflərdən birinə çevrildi. Rayon həm hərbi baxımdan yüksəkliklərə nəzarət imkanı verirdi, həm də ətraf bölgələrlə əlaqə nöqtəsi idi. Erməni silahlı birləşmələri, xaricdən gələn muzdlu döyüşçülərin və keçmiş sovet hərbi arsenalının dəstəyi ilə Ağdərəyə hücumları intensivləşdirdi.
Silah-sursat baxımından üstün olan düşmən qüvvələrinə qarşı yerli əhali və zəif təşkilatlanmış müdafiə dəstələri dayana bilmədi. Kəndlər top atəşinə tutuldu, yaşayış məntəqələri viran qoyuldu. Mülki əhali - qadınlar, uşaqlar, qocalar doğma evlərini tərk etməyə məcbur oldu. Ağdərə təkcə hərbi baxımdan yox, humanitar baxımdan da böyük faciə yaşadı.
İşğal prosesi tədricən rayonun demoqrafik mənzərəsini dəyişdi. Azərbaycanlı əhali tamamilə qovuldu, tarixi izlər silinməyə çalışıldı, toponimlər dəyişdirildi. Ağdərə bir rayon kimi xəritələrdən “yoxa çıxarıldı”, sanki bu torpağın sahibləri heç vaxt burada yaşamamışdı.
Ağdərə müharibənin ən mürəkkəb cəbhələrindən biri idi
Torpaq yaddaşını itirmir. Ağdərə işğal altında qaldığı illər ərzində Azərbaycan cəmiyyətinin vicdanında açıq yara kimi qaldı. Bu işğal təkcə bir rayonun deyil, beynəlxalq hüququn, ədalətin və insan haqlarının tapdanması idi.
2020-ci ilin payızında başlayan Vətən müharibəsi məhz bu susqun torpaqların dil açdığı, tarix qarşısında ədalətin bərpa olunduğu an oldu. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan dövlətinin gücünü, ordusunun peşəkarlığını və xalq-ordu birliyinin sarsılmazlığını dünyaya nümayiş etdirdi. Ağdərə istiqaməti müharibənin ən mürəkkəb və strateji cəbhələrindən biri idi. Dağlıq relyef, möhkəmləndirilmiş düşmən mövqeləri və illərlə qurulmuş istehkamlar bu ərazini keçilməz hesab etdirirdi.
Döyüşlər əsasən Tərtər-Ağdərə istiqamətində ağır artilleriya və dəqiq zərbələrlə başladı. Uzun illər ərzində düşmən tərəfindən Azərbaycanın yaşayış məntəqələrini atəş altında saxlayan yüksəkliklər bir-bir azad edildi. Bu yüksəkliklərin nəzarətə götürülməsi düşmənin müdafiə xəttini çökdürdü və Ağdərə bölgəsində hərbi balansı kökündən dəyişdi.
Ağdərənin kəndləri və strateji mövqeləri mərhələli şəkildə nəzarətə götürüldü. Bu, təkcə bir ərazinin azad edilməsi deyildi - bu, 30 illik işğal mifinin dağılması idi. Nəticədə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla Ermənistan kapitulyasiyaya imza atdı. Bu sənəd Ağdərə də daxil olmaqla Qarabağda işğal dövrünün faktiki sonunu təsdiqlədi. Ağdərə yenidən Azərbaycan suverenliyinin ayrılmaz hissəsinə çevrildi.
Tarixi ədalətin bərpasının növbəti təzahürü
Uzun illər işğalın ağır izlərini daşıyan Ağdərə bu gün tamamilə fərqli bir mənzərə ilə qarşılanır. Vaxtilə səssizliyə bürünmüş kəndlərə yenidən insan səsi, uşaq gülüşü, həyat nəfəsi qayıdır. Dövlətin məqsədyönlü siyasəti, görülən genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində Ağdərənin dörd kəndi doğma sakinlərini qarşılamağa hazır vəziyyətə gətirilib.
Bu köç karvanı sadəcə ailələrin evlərinə dönüşü deyil. Bu, Azərbaycanın tarixi ədalətinin bərpasının növbəti təzahürüdür. Hər bir qayıdan ailə ilə birlikdə o kəndlərə yalnız məişət əşyaları deyil, xatirələr, arzular, sabaha inam da daşınır. Bu torpaqlarda yenidən ocaq qalayacaq insanlar illərdir qəlblərində yaşatdıqları Vətən həsrətini gerçəkləşdirirlər.
“İndi doğma torpaqlarda yeni həyata başlayacağıq”
Ağdərənin Çapar kəndinə köç edən keçmiş məcburi köçkün Zülfiyyə Əliyeva bildirib: “Yurdumuzdan uzun illər ayrı düşsək də, ürəyimiz həmişə o yerlərdə olub. Bu gün yenidən doğma torpaqlarımıza qayıdırıq. Sözlə ifadə oluna bilməyən sevinc hissi keçiririk. Artıq köçkünlük dövrü bitir, indi doğma torpaqlarda yeni həyata başlayacağıq. Buna görə hər zaman şəhidlərimizə borcluyuq. Ali Baş Komandana, Ordumuza minnətdarıq”.
“Hər gün bu qayıdışın həsrətini çəkmişik”
Heyvalı kəndinə köç edən keçmiş məcburi köçkün Nuridə Abbasova: “Bizim üçün böyük gündür. İllərlə doğma yurdumuzdan uzaqda yaşamışıq, hər gün bu qayıdışın həsrətini çəkmişik. İndi Ağdərəyə qayıdırıq və elə bil yenidən həyata başlayırıq. Bizi doğma torpaqlara qovuşduran Prezidentimizə, Ordumuza minnətdarıq. Şəhidlərimizi heç vaxt unutmayacağıq, onların sayəsində bu günləri yaşayırıq”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

