“Honkonq” virusu sürətlə yayılır...
20.12.2025 [09:15]
Azərbaycanda vəziyyət necədir?
Hazırda bir çox ölkədə “Honkonq qripi” (H3N2 virusu) yayılmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri də H3N2 virusunun sürətlə yayıldığını təsbit ediblər. ÜST-ün Epidemioloji və Pandemiya Təhlükələrinin İdarə Edilməsi Departamentinin Qlobal Respirator Təhlükələri Şöbəsinin müdiri Ventsin Çjanın sözlərinə görə, virus artıq dünyanın 30 ölkəsində aşkarlanıb.
Onun sözlərinə görə, Şimal yarımkürəsində qış mövsümünün başlaması ilə qrip və digər tənəffüs yolu virusları ilə yoluxma hallarında artım müşahidə olunur. Bununla belə, qripə yoluxmanın qlobal səviyyəsi bu mövsümdə hələ gözlənilən diapazondadır.
Səhiyyə sisteminə böyük təzyiq ola bilər
Bundan başqa, ÜST-ün Avropa regional bürosunun direktoru Hans Kluge bildirib ki, Avropada yayılmaqda olan yeni qrip ştamı səhiyyə xidmətlərinə güclü təzyiq göstərir. Onun sözlərinə görə, qrip hər il qış mövsümündə müşahidə olunur, lakin bu il vəziyyət fərqlidir: “Xəstəliyin kiçik genetik mutasiyası belə səhiyyə sisteminə böyük təzyiq göstərə bilər”.
Proqnozlara əsasən, Avropada qrip mövsümü dekabrın sonu və ya yanvarın əvvəlində zirvəyə çatacaq. Kluge vəziyyətin ciddi olduğunu, lakin COVID-19 pandemiyası dövründəki kimi qlobal fövqəladə vəziyyət səviyyəsinə çatmadığını qeyd edib.
ÜST-ün məlumatına görə, Avropada təsdiqlənmiş qrip hallarının təxminən 90 faizi “Honkonq qripi” kimi tanınan ştama aiddir. Fransada tibbi xidmətlər bu ştamın müxtəlif yaş qrupları arasında güclü aktivliyini müşahidə edir. İspaniyada qripə yoluxma halları artıq ötən ilin göstəricilərini keçib. Almaniyada isə qrip mövsümü adi vaxtdan iki-üç həftə əvvəl başlayıb.
Bir sıra ölkələrdə yayılan H3N2 virusunun ölkəmizdə də yayılması ilə bağlı təşviş yaransa da, rəsmi qurumlar hələlik bu istiqamətdə hər hansı təsdiqlənmiş məlumat açıqlamayıblar. Bununla belə, əhali arasında xəstəliyin qeyri-adi gedişi ciddi narahatlıq doğurur. Paytaxt sakinlərinin sözlərinə görə, 39-40 dərəcəyədək yüksələn hərarət və güclü titrətmə müşahidə olunsa da, əksər hallarda öskürək, boğaz ağrısı kimi klassik respirator simptomlar olmur. Bu isə xəstəliyin yeni virus olub-olmaması ilə bağlı suallar yaradır.
Əhali arasında hərarətin yüksəlməsi, ümumi halsızlıq, öskürək, boğaz ağrısı, burun axması və ya tutulması kimi əlamətlərlə müraciət edən şəxslərdən götürülmüş yaxmalarda fəsli qrip virusu və ara-sıra digər respirator viruslar aşkarlanır.
Koronavirusa da bənzəyir...
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən virusoloq Arzu Məlikova bildirib ki, “Honkonq qripi” mövsümi viruslardan sayılır: “Bu qrip sıx nəqliyyat vasitələrində, yəni metroda, avtobusda, həmçinin məktəblərdə daha çox yayılı. “Honkonq qripi” koronavirusa da bənzəyir. Ancaq analizdən sonra tam vəziyyəti müəyyənləşdirmək olar. Simptomlar baş ağrısı, ürəkbulanması, quru və bəlğəmli öskürək, hərarətin qalxmasıdır”.
Ölümcül ola bilər
Virusoloq qeyd edib ki, H3N2 virusu əhəmiyyətli dərəcədə mutasiyaya uğradığı üçün əhalinin əksəriyyətində davamlı immunitet yoxdur: “Yaşlılar və zəifləmiş immunitet sistemi olanlar üçün bu virus istənilən qrip kimi, ölümcül ola bilər”.
Özümüzü necə qorumalıyıq?
A.Məlikovanın sözlərinə görə, infeksiyanın qarşısını almağın ən yaxşı yollarından biri qripə qarşı peyvənd olunmaqdır: “Öskürək və asqırma zamanı ağzı dəsmal ilə örtmək və əlləri tez-tez ilıq su və sabunla yumaq çox vacibdir. Qrip xəstələri evdə qalmalıdırlar, amma çölə çıxmaq məcburiyyətində qalsalar, vaxtlarının çox hissəsini açıq havada keçirməlidirlər”.
Yeganə
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

