Onların ümidi qırılmasın!
11.12.2025 [08:50]
Uşaqların müdafiəsində UNİCEF missiyası...
Uşaq hüquqlarının pozulması bu gün aktual mövzulardan biridir. Uşaq hüquqları insan hüquqlarının tərkib hissəsi olsa da, bu hüquqların xüsusi diqqətə və müdafiəyə ehtiyacı var. Təəssüf ki, dünya üzrə hələ də milyonlarla uşaq müxtəlif səbəblərdən ciddi hüquq pozuntularına məruz qalır. Günümüzdə uşaq hüquqlarının qorunması bir çox ölkənin və beynəlxalq təşkilatların fəaliyyət sahəsidir.
Müharibə uşaqları...
Müharibələrdə yalnız əsgərlərin deyil, uşaqların da həlak olduğunu unutmaq olmaz. Müharibə edən tərəflərin hərbi əməliyyatlar zamanı uşaqlara qarşı törətdikləri bütün repressiya və qəddarlıq, insanlıqdan kənar davranış formaları cinayətkar hərəkətlər sayılır. Uşaq Hüquqları Konvensiyasının 25-ci maddəsinə əsasən, dağıdıcı müharibələr səbəbindən valideyn himayəsindən mərhum olmuş, baxılmaq, müdafiə və ya müalicə edilmək məqsədi ilə dövlət tərəfindən qəyyumluğa, himayəçiliyə verilmiş uşaqların qəyyumluğunun və himayəçiliyin mütəmadi yoxlanılması lazımdır. Konvensiyanın 37-ci maddəsində isə qeyd edilir ki “Heç bir uşaq işgəncələrə, amansız rəftara və cəzaya, qanunsuz həbsə və ya azadlıqdan mərhum edilmə cəzalarına məruz qalmamalıdır. Uşaqlara qarşı pis rəftar hallarına heç vaxt haqq qazandırmaq olmaz, yalnız belə halların baş verdiyi və ya baş verə biləcəyi zaman onların qarşısı alınmalıdır”.
Uşaq hüquqlarını qoruyan təşkilat
Yeri gəlmişkən, bu gün BMT Uşaq Fondu - UNİCEF-in yaranmasından 79 il ötür. Fondun əsası 1946-cı il dekabrın 11-də qoyulub. Təşkilat ilk dövrlərdə Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondu adlandırılıb. 1953-cü ilin aprelində BMT Baş Məclisi fondun fəaliyyətini müddətsiz elan edib və adını müasir formaya salıb.
Təşkilat 1959-cu ildə “Uşaq hüquqları” bəyannaməsini qəbul edib. 1965-ci ildə Uşaq Fondunun son dərəcə məhsuldar fəaliyyəti və yubileyi onun dünya Nobel mükafatına layiq görülməsi ilə nəticələnib. 1976-cı il dekabrın 21-də isə BMT 1979-cu ili Uşaq ili, habelə UNİCEF-i BMT sisteminin uşaq və körpələrlə bağlı başlıca orqanı elan edib. BMT Baş Məclisi 1989-cu ilin dekabrında “Ümumdünya Uşaq hüquqları haqqında” Konvensiyanı qəbul və təsdiq edib.
UNİCEF-in fəaliyyəti yalnız inkişaf etməkdə olan ölkələrlə məhdudlaşmır. İqtisadi və sosial cəhətdən inkişaf etmiş ölkələrdə də uşaqların hüquqlarının qorunmasına diqqət yetirilir. Təşkilat uşaqların həm fiziki, həm də psixoloji inkişaflarını təmin etmək, onların hüquqlarının pozulmasına qarşı çıxmaq və hər hansı bir ayrı-seçkiliyə qarşı mübarizə aparmaq məqsədini güdür.
Azərbaycan - UNİCEF münasibətləri
Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixli qanunla BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya edib. 1993-cü ildə Azərbaycan Respublikası “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” 1990-cı il 30 sentyabr tarixli Ümumdünya Bəyannaməsinə qoşulub. UNİCEF Azərbaycanda fəaliyyətinə 1993-cü ilin oktyabr ayında başlayıb.
Çətinliklər və gələcək perspektivlər
UNİCEF-in uşaq hüquqları sahəsindəki fəaliyyətinə baxmayaraq, hələ də bir çox çətinliklər mövcuddur. Hər il milyonlarla uşaq münaqişə zonalarında həyatını itirir, aclıq və xəstəliklərdən əziyyət çəkir, təhsil və səhiyyə xidmətlərindən məhrum qalır. İnkişaf etməkdə olan ölkələrdə uşaqların hüquqlarının qorunması üçün hələ çox iş görülməlidir.
Gələcəkdə UNİCEF-in fəaliyyəti, qlobal miqyasda uşaq hüquqlarının daha da gücləndirilməsi üçün daha çox beynəlxalq əməkdaşlıq, təhsil və maarifləndirmə işləri tələb edir. Həmçinin, dövlətlər və beynəlxalq təşkilatlar arasında əlaqələrin möhkəmləndirilməsi, uşaq hüquqlarının qorunmasında daha böyük uğurlar əldə etməyə imkan verəcək. Lakin bəşəriyyətin gələcəyini formalaşdıran uşaq hüquqlarının müdafiəsi yalnız beynəlxalq təşkilatların deyil, bütün dünyanın və hər bir fərdin məsuliyyətidir...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

