Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bu gün Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə 41 ailə yola salınıb

Bu gün Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə 41 ailə yola salınıb

19.11.2025 [14:07]

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 21 ailə olmaqla 89 nəfər və Sos kəndinə 20 ailə olmaqla 80 nəfər köçürülüb.

Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Paylaş:
Baxılıb: 415 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31