“Müqəddəs axşam”
31.10.2025 [08:57]
Qaranlıqla dostluğun bayramı - “Hallouin”...
Hər il oktyabrın son günündə dünya bir az fərqli “nəfəs alır”. Küçələrdə qəribə geyimlərdə uşaqlar, evlərin qapılarında balqabaqlardan oyulmuş “üzlər”, havada isə həyəcan və əyləncənin qarışığı hiss olunur. Bu ab-hava “Hallouin” bayramına aiddir. Bəziləri onu “qərb dəbi” adlandırır, bəziləri isə sadəcə əyləncə kimi görür.
Amma “Hallouin” daha çox insanların qorxularına gülümsəməsi, qaranlıqla dostlaşması, yaradıcılığın sərhədsizliyini hiss etməsi kimi tərif edirlər. Qeyd edilir ki, balqabağı oyub ondan “üz” hazırlamaq, ya da özünü sevdiyin film qəhrəmanına çevirmək sadəcə əyləncə deyil, həm də azadlıq hissidir.
Dünyanın müxtəlif ölkələrində xüsusi şəkildə qeyd edilən bu bayram ingilis dilində “Halloween”, dilimizdə isə “Hellouin - “balqabaqlar bayramı” adlanır. “Halloween” sözü “All Hallows Eve” sözündən gəlir və mənası “müqəddəs axşam” deməkdir.
Xristian aləmində müqəddəslər bayramlardan sayılan “Hallouin” ilk dəfə İrlandiya və Şotlandiyada qeyd olunsa da, sonradan bir çox Qərb ölkələrində sürətlə yayılmağa başladı. Elə ilk dəfə “Hallouin” kostyumu da məhz 1985-ci ildə Şotlandiyada hazırlanıb. “Hallouin”in özəlliklərindən biri bu bayramda xüsusi kostyumların geyilməsi və qorxulu maskaların taxılmasıdır. Qeyd edək ki, bayramın əsas atributu “Cek fənəri”dir - içərisi boşaldılmış, göz, burun və ağız qoyulmuş balqabaqdan hazırlanır və balqabağın içinə şam qoyulur. İnanca görə, bütün bunlar şər qüvvələrin dəf edilməsində böyük rol oynayır. Aparılan araşdırmalara görə, ABŞ-da bu bayramı qeyd edənlərin yarıdan çoxu “Hallouin” paltarına 38 dollardan artıq pul xərcləməyi lazım bilmir.
“Hallouin”in tarixi...
Uşaqdan-böyüyə çoxları tərəfindən sevilən bu bayramın sərhədlərinin “genişlənməsinin” də çox maraqlı tarixi var. Hər il oktyabrın 31-də qeyd olunan “Hallouin” bayramının yaranması qədim kelt bayramı olan “Samayn”la əlaqəlidir. “Samayn” bütpərəstlərin bayramı idi. 2 min il əvvəl, əsasən, indiki İrlandiya, Böyük Britaniya və Fransanın şimalında yaşayan keltlər yeni illərini noyabrın 1-də qeyd edirdilər. Bu gün yazın sonu, qışın başlanğıcı olaraq görülürdü. Qışda insanların daha çox ölməsi ilə əlaqədar bu fəsli ölüm fəsli hesab edirdilər. Keltlər oktyabrın 31-nə keçən gecədə yaşayanlar və ölülər arasındakı qapının açıldığına və ölülərin ruhlarının yerə qayıtdığına inanırdılar. Bunun sayəsində də ölülərlə əlaqə saxlanıla bilinirdi. “Hallouin” bayramında olan “haunted” çağırışlarının da səbəbi məhz budur. Onlar evini ziyarətə gələn ruhlarla yanaşı, ziyanverici ruhların da gələ biləcəyindən narahat olaraq onları qorxudub qaçırmaq üçün qorxulu balqabaqlar hazırlayır və ya iyrənc makiyajlar edirdilər. Keltlər o biri dünyadan gələn bu ruhların həm də kahinlərin gələcək haqqında proqnoz verməsini asanlaşdırdığına inanırdılar. Bayram zamanı insanlar nəhəng tonqallar ətrafında toplaşaraq məhsulları və ya heyvanları yandırıb tanrılarına qurban verirdilər. Onlar bayram zamanı müqəddəslərə hörmət əlaməti olaraq heyvan başlarından və ya dərilərindən düzəldilmiş kostyumlar geyinirdilər.
Daha sonra Kelt torpaqları 400 il Roma İmperiyasının işğalı altında qaldı. Bu müddətdə romalıların 2 bayramı “Samayn” bayramı ilə birləşdirildi və bununla da bayram adətlərinə bir sıra əlavə və dəyişikliklər olundu. Məsələn, qadınların həyat yoldaşlarının kim olacağını görmək üçün alma dilimləri ilə fala baxması romalıların bayramlarından keçmiş bir adətdir. Bu bayram bütpərəstlərin bayramı olduğu üçün xristianlar onlara təsir edərək ənənələrini əritməyə çalışırdılar, hazırkı “Hallouin” bayramında xristianlıq çalarlarının olmasının səbəbi də budur. Məhz xristianların təsiri sayəsində bu bayram daha da məşhurlaşaraq bütün dünyada xüsusi bir gün olaraq qeyd edilməyə başladı.
Satılan konfetlərin dörddə biri...
“Hallouin” kökünü “Samayn” bayramından götürsə də, tarixən dəyişikliklərə məruz qaldı və təkamül nəticəsində “müasirləşdi”. Əvvəlki dövrlərin mistik ritualları daha yüngül əyləncə və oyunlara çevrildi. Məsələn, kostyumlar müqəddəslərə hörmət kimi başlasa da, hazırda yalnız əyləncə xarakterlidir. Bayram zamanı uşaqlar qorxulu kostyumlar geyinərək qapı-qapı gəzib şirniyyat və ya konfet yığırlar, ev sahibi heç nə verməyəndə isə qorxulu geyimləri ilə onlara hədə-qorxu gəlirlər. Statistikaya əsasən, ABŞ-da hər il satılan bütün konfetlərin dörddə biri “Hallouin” üçün alınır.
Bayrama hazırlıq...
Balqabaq Hellouinin əsas atributlarından biri hesab olunur. İnsanlar məhz bu gün balqabaqları oyub, içərisinə şam qoyurlar. Bundan başqa, bayrama özəl balqabaqlar hazırlanıb bəzədilir;
Bayram günündə geyiniləcək xüsusi kostyumlar seçilir;
Uşaqlara vermək üçün çoxlu konfetlər, şirniyyatlar alınır;
Evlərin önü, mağazaların vitrinləri “Halloween” konseptində bəzədilir;
Bu günü maraqlı şəkildə qeyd etmək üçün tədbirlər hazırlanır.
Bayramın simvolu kimi qara qüvvələrin rəmzi olan hörümçək toru, küpəgirən qarı, qara pişik, skelet şəkilləri çəkilir, marketlərdə adıçəkilən bayrama aid oyuncaqlar satılır, şirniyyatlar bu rəmzlərin formasında hazırlanır və s.
Azərbaycanda “Hallouin”
Ölkəmizdə bu bayrama münasibət fərqlidir. Bir neçə il əvvələ kimi “Hallouin”in nə demək olduğunu, nə üçün keçirildiyini bir çoxlarımız heç anlamırdıq da. Lakin 6-7 ildir ki, “Hallouin” bayramı azərbaycanlıların da həyatına daxil olub. Azərbaycanda çoxluğun bayramla bağlı ənənələrdən xəbəri olmasa da, qeyd edənlər də tapılır. Onlar əyləncəli xarakterinə görə “Hallouin”i sevirlər. Ölkəmizdə bütün mağazalarda olmasa da, bəzi mağazaların vitrinlərində “Hallouin” konseptini də görə bilərik. Bununla bağlı müxtəlif tədbirlər keçirilir və iştirak edənlərin sayı heç də az deyil.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01

