Hər gün qələbə sevinci
16.10.2025 [11:50]
16 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Xırmancıq, Ağbulaq və Axullu kəndləri işğaldan azad edilib
Vətən müharibəsinin hər günündə Azərbaycan Ordusu zəfərlərə imza atıb, irəliləyərək yeni-yeni yaşayış məntəqələrini işğaldan azad edib. Tarixin bu günündə - 16 oktyabr 2020-ci ildə Xocavənd rayonunun daha üç kəndi azadlığına qovuşub. Bununla bağlı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev “Twitter” səhifəsində növbəti qələbə paylaşımı edib. “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, - deyə paylaşımda bildirilir.
Azərbaycan ərazi bütövlüyünə hərbi-siyasi yolla nail olub
Vətən müharibəsinin hər günündə Azərbaycan Ordusu zəfərlərə imza atıb, irəliləyərək yeni-yeni yaşayış məntəqələrini işğaldan azad edib. Bir gözümüzün ağladığı, şəhid xəbərlərinə acıdığımız həmin günlərdə dövlətimizin başçısının qələbə tvitləri hər birimiz üçün sevinc müjdəsi idi. İstəyirdik ki, belə müjdələr tez-tez və daha çox gəlsin. Gəlirdi də! Müharibə Azərbaycan ərazisində gedirdi. Torpaqlarımız 30 il ərzində düşmən tapdağı altında qalmışdı. Qurulu yurd yerlərimiz erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılmış, tarixi abidələrimiz məhv edilmiş, sərvətlərimiz talanmışdı. Müharibələr ölüm-itim, qan-qada, kədər, niskil deməkdir. Axı kim istəyər ki, əziz adamlarının itkisinin acısını yaşasın? Ancaq 2020-ci il sentyabrın 27-də sübh tezdən başlayan müharibə başqa anlam kəsb edirdi. Bu, bizim üçün ədalətli müharibə idi. Üç onillik ərzində aparılan danışıqlar nəticə verməmişdi. Məlum olmuşdu ki, Ermənistan bir qarış torpağımızı da sülh yolu ilə geri qaytarmaq istəmir, əksinə, yeni ərazilər uğrunda yeni müharibəyə başlamaq niyyətindədir. Buna görə də Azərbaycan cəmiyyəti, xüsusilə də gənclərimiz İkinci Qarabağ müharibəsinin başlamasını qaçılmaz bir zərurət kimi qəbul etdilər. Ölkədə bir çoşqu yaşanırdı. Hər kəs Orduya, ön cəbhəyə hansısa bir dəstək göstərməyi özünə mənəvi borc sanırdı. Ön cəbhədə isə igid əsgər və zabitlərimiz “Arxamızda Vətən torpağıdır!” deyib sonsuz mərdliklə döyüşlərə atılır, düşmənə qan uddururdular. Ermənistan mətbuatında yayılan məlumatlara görə, İkinci Qarabağ müharibəsində düşmən ordusunda 11 mindən çox fərari qeydə alınıb. Müharibədə “erməni xalqı döyüşkən xalqdır” mifi tamam dağıldı. Ermənistan silahlı qüvvələrinin təmsilçiləri döyüşlər zamanı postlarını, silahlarını qoyub qaçırdılar. Azərbaycan Ordusunda isə bir nəfər də olsun fərarilik etməyib ki, bu da gənclərimizin vətənpərvərliyinin və igidliyinin göstəricisidir.
Düşməni məğlub etmək üçün uzun zaman kəsiyi lazım gəlmədi. Cəmi 44 gün ərzində Ermənistan silahlı qüvvələri kapitulyasiyaya məruz qaldılar. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. 44 gün ərzində həyata keçirilən sürətli döyüş əməliyyatları ilə Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunub. Bundan sonrakı mərhələdə isə üçtərəfli bəyanata uyğun olaraq Ermənistan Ağdamı, Kəlbəcəri və Laçını bir güllə atılmadan respublikamıza təhvil verdi. Beləliklə, ərazi bütövlüyümüz hərbi-siyasi yolla təmin olundu.
Xocavəndin işğaldan azad edilməsi
Xocavəndin rayon mərkəzi 2 oktyabr 1992-ci ildə Ermənistanın nəzarətinə keçib. 10 noyabr 2020-ci ilə qədər isə rayonunun Hadrut qəsəbəsi və 34 kəndi işğaldan azad edilib. Azərbaycan Ordusunun 19-20 sentyabr tarixində keçirdiyi 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazandığı Qələbə sayəsində Xocavənd də bütünlüklə separatçılardan təmizlənib və burada Azərbaycanın suverenliyi təmin olunub.
Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən parlaq səhifələrindən birini təşkil edir. Hadrutun coğrafi yerləşməsinin strateji önəmini anlayan ermənilər qəsəbənin müdafiəsini möhkəm təşkil etmişdilər. Bura çoxlu texnika və canlı qüvvə cəm olunmuşdu. Ətraf yüksəkliklərin ermənilərin əlində olması, işğal illərində yaradılan istehkamlar onlara üstünlüklər qazandırırdı.
Lakin nə qədər çətin olsa da, qəsəbə götürülməli idi. Oktyabrın 7-də düşmən Azərbaycan Silahlı Qüvvələrinin hücumunu fərqli istiqamətdən gözləyirdi. Ordumuz manevr işlədərək hücum istiqamətini Hadruta tərəf dəyişdi. Əvvəlcə ağır artilleriya atəşləri ilə qarşı tərəfin qüvvələrinə intensiv zərbələr endirildi və bunun ardınca xüsusi təyinatlı qüvvələrimiz qəsəbəyə sızmağa nail oldular. Digər qruplar isə Hadruta cənub istiqamətindən gələn yolları (Cəbrayıl və Xocavənd istiqamətindən) nəzarətə götürmüşdü. Vətən müharibəsinin 13-cü günü, oktyabrın 9-da xalq Prezident İlham Əliyevdən Hadrutun işğaldan azad olunması ilə bağlı növbəti müjdə xəbəri aldı. Bununla da Ordumuzun Şuşaya yolu açılmış oldu.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50

