Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şamaxıda Beynəlxalq Barbekü Festivalı keçirilir

Şamaxıda Beynəlxalq Barbekü Festivalı keçirilir

05.10.2025 [10:25]

Oktyabrın 4-də Şamaxının Meysəri kəndində Azərbaycanda ilk dəfə reallaşan Beynəlxalq Barbekü Festivalının açılış mərasimi keçirilib.

Festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi, "Abqora" restoranı və beynəlxalq kulinariya hakimi Sahib-David İsrafilovun (Don David) dəstəyi ilə təşkil olunub.

Festivalda 30-dan çox ölkədən məşhur şeflər, eləcə də kulinariya assosiasiyalarının prezidentləri, "Michelin" mükafatına layiq görülmüş ustalar, kulinariya hakimləri iştirak ediblər.

Açılış mərasimində beynəlxalq kulinariya hakimi Sahib-David İsrafilov (Don David), Dünya Barbekü Assosiasiyasının (WBQA) prezidenti Villem Vink, Dünya Aşpazlar Assosiasiyasının (WACS) keçmiş prezidenti, Səudiyyə Ərəbistanı kralının şəxsi aşpazı Tomas Quqler (Thomas Gugler) çıxış edərək tədbirin məqsədindən danışıblar.

Çıxışçılar möhtəşəm barbekü təqdimatları ilə yadda qalacaq bu beynəlxalq tədbirin əsas məqsədinin mədəni mübadiləni gücləndirmək, eləcə də Azərbaycanın qonaqpərvərliyini, mətbəxini və mədəni dəyərlərini dünyaya tanıtmaq olduğunu bildiriblər.

Sonra qonaqlar qurulan pavilyonlarda müxtəlif mədəniyyətlərin mətbəxi ilə tanış olub, fərqli təamları dadıblar.

Xüsusi ayrılmış zonalarda Azərbaycanı, həmçinin dünyanın müxtəlif ölkələrini təmsil edən peşəkar şeflər dünya mətbəxinin zənginliyini təqdim ediblər. Qurulan pavilyonları gəzən qonaqlar ayrı-ayrı restoran və brendlərin təqdimatları ilə tanış olublar.

Şef-aşpazlar uşaqlar üçün ustad dərsləri də keçiblər. Əyləncə şəklində təşkil edilən ustad dərsləri zamanı mətbəxin kralları sayılan kulinarlar azyaşlılarla birgə burgerlər hazırlayıblar.

Festival zamanı komandalar arasında yarış da təşkil olunub. Hər komanda onlara verilən resept üzərində yemək bişirib. Yarışda dad, bişirmə dərəcəsi və təqdimat forması üzrə fərqlənən komandalar sertifikatlar, medallar və tərəfdaşlar tərəfindən təqdim edilən əsas kubok uğrunda mübarizə aparıblar.

Gün ərzində festivalın səhnəsində müxtəlif musiqiçilərin ifaları səslənib. Ziyarətçilər dadlı təqdimatları yerli və xarici kompozisiyalar fonunda izləyiblər.

Festival oktyabrın 5-də davam edəcək.

Paylaş:
Baxılıb: 761 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30