Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nazir: Azərbaycanda səhiyyə sahəsində islahatlar apararaq milli standartlardan beynəlxalq standartlara keçməyə çalışırıq

Nazir: Azərbaycanda səhiyyə sahəsində islahatlar apararaq milli standartlardan beynəlxalq standartlara keçməyə çalışırıq

23.09.2025 [23:17]

Azərbaycanda səhiyyə sahəsində islahatlar apararaq milli standartlardan beynəlxalq standartlara keçməyə çalışırıq. Səhiyyənin inkişafı üçün ilk növbədə infrastruktur lazımdır. Bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük irəliləyişə nail olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Azərbaycanın qlobal tibbi mükəmməlliyi” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan təbabətin müxtəlif sahələrində xəstələr üçün bütün mümkün imkanların yaradılması istiqamətində addımlar atır.

“Burada infrastruktur və qlobal inteqrasiya da dayanıqlılıq üçün önəmlidir. Beynəlxalq standartların qorunmasına gəlincə, burada qaydalara riayət etməliyik. Tibb müəssisələri beynəlxalq akkreditasiya almalıdır. Bütün tibb müəssisələrinin JCI, ISQUA kimi beynəlxalq tanınmış təşkilatlar tərəfindən akkreditasiyaya alınması məqəsədəuyğun hesab edilir. Bu, göstərilən tibbi xidmətlərin ən yüksək standartlarının sübutu, həm də layihənin davamlılığını və rəqabət qabiliyyətinin zəmanətidir”, - deyə nazir vurğulayıb.

Nazir qeyd edib ki, “Sea Breeze Health Valley” Azərbaycanın səhiyyəsinə yeni nəfəs verəcək: “Bu yalnız səhiyyə layihəsi deyil. Eyni zamanda, bu, sahənin inkişafının əsas sütununa çevriləcək və milli iqtisadiyyatın diversifikasiyasına töhfə verəcək. Bu layihə yeni səhiyyə iqtisadiyyatı və maliyyələşdirmə modelləri üçün əsas istiqamətlərdən biridir. Layihə tibbi turizm və elmi tədqiqatlar üzrə beynəlxalq mərkəz olmaqla yanaşı, regional tibb operatorlarını birləşdirərək yeni əməkdaşlıq imkanları yaradacaq”.

Paylaş:
Baxılıb: 583 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30