Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yol polisindən bu sürücülərə xəbərdarlıq

Yol polisindən bu sürücülərə xəbərdarlıq

05.09.2025 [12:03]

Müvafiq qaydada qablaşdırılmadan və xüsusi örtüklərlə təmin olunmadan daşınan qum, çınqıl, torpaq, daş və digər materialların yollara səpələnməsi hərəkət iştirakçıları üçün ciddi təhlükə mənbəyidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, belə hallarda görünüş dairəsi məhdudlaşır, nəqliyyat vasitələrinin təkərlərinin yol örtüyü ilə təması azalır və bu, idarəetmənin itirilməsinə, əyləc yolunun uzanmasına, tozlu hava effekti yaradaraq görmə imkanlarının zəifləməsinə, nəticədə isə ağır qəzaların baş verməsinə səbəb olur.

Maye tərkibli yüklərin nəqliyyat vasitələrində düzgün yerləşdirilməməsi isə hərəkət zamanı və xüsusilə manevrlər edilərkən onların yolun hərəkət hissəsinə dağılmasına gətirib çıxarır ki, bu da digər hərəkət iştirakçıları üçün real təhlükə yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə və yük göndərənlərə xatırladır ki, yüklər yalnız qaydalara uyğun şəkildə yerləşdirildikdən və müvafiq örtüklərlə möhkəmləndirildikdən sonra yola buraxılmalıdır. Bu tələblərə riayət olunması təhlükəsizliyin təmin olunması və qəzaların qarşısının alınması üçün əsas şərtdir.

Paylaş:
Baxılıb: 635 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30