Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət Komitəsinin sədri Astarada vətəndaşlarla görüşüb

Dövlət Komitəsinin sədri Astarada vətəndaşlarla görüşüb

04.06.2025 [19:06]

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 4-də Astara rayonunda bölgə vətəndaşları ilə görüşüb.

Dövlət Komitəsindən bildirilib ki, görüşdən əvvəl Komitə sədri Astara şəhərinin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıb.

Görüşdə Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşlar iştirak ediblər. Onlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyinatı və rotasiyası, məscidlərin dini ədəbiyyatla təmin olunması, müqəddəs kitabları öyrənmə kurslarının təşkili və digər məsələlərlə bağlı təklif və müraciətlərini səsləndiriblər.

Komitənin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların qaldırdığı məsələlər diqqətlə dinlənilib, hər bir müraciətin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Paylaş:
Baxılıb: 488 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30