Bataqlıq qızdırması...
25.04.2025 [09:58]
Malyariya ilə necə mübarizə aparaq?
Malyariya ölümcül qlobal xəstəliklərdən biridir və xüsusilə Afrikada çox yayılıb. Ağcaqanadların yaratdığı bu xəstəlik əsasən, Sahara Afrikasında üstünlük təşkil edir. Hər il dünyada təxminən 300 milyondan çox adam malyariyaya yoluxur, yarım milyona yaxın şəxs həyatını itirir. Malyariya virusu daşıyan ağcaqanad insanı dişlədikdə parazit birbaşa qana keçir və qan vasitəsilə qısa müddətdə qaraciyər toxumasına daxil olur.
Parazitlər qaraciyərin divarlarına yapışır, böyüyür və partlayıb, çoxalır. Onların çoxalma funksiyası sürətlə baş verir. Get-gedə virus eritrositlərə daxil olmağa başlayır. Əksər hallarda simptomlar özünü yoluxmadan sonra 10 gün-4 həftə ərzində büruzə verir, lakin insan halsızlıq və zəifliyi həm 8 gündən sonra, həm də 1 ildən sonra hiss edə bilər.
Bu gün Ümumdünya Malyariya ilə Mübarizə Günü kimi qeyd olunur. 2007-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının 60-cı sessiyasında bu xəstəliklə səmərəli mübarizə aparmaq barədə qərar qəbul edilib.
Virusun məkanı - damarlar, limfalar, qaraciyər
Qədim dövrlərdə güman edilirdi ki, malyariyanın yaranmasına səbəb çirkli hava, natəmizlik, insanların heyvanlarla təmasda olmasıdır. Özü də bu xəstəliyə daha çox gənclərdə rast gəlinirdi.
Hələ eramızdan əvvəl mövcud olan bu xəstəlik haqqında ilkin məlumatlara Hippokratın əlyazmalarında rast gəlinib. Qədim Yunanıstanda, Ərəb ölkələrində, Yaponiyada insanların kütləvi ölümünə səbəb olan bu xəstəliyə Tutanxamon da yoluxub. Həmin dövrlərdə mütəxəssislər güman edirdi ki, bu, düşmənlərin hazırladıqları zəhərdir, hava vasitəsilə insanlara ötürülür. XIX əsrdə isə fransalı alim Ş.Laveran malyariyanın virus olduğunu aşkarlayıb. 1894-1899-cu illərdə isə amerikalı alim P.Menson malyariyanın ağcaqanadların dişləməsi nəticəsində yarandığını aşkarlaya bilib.
Kimlər risk altındadır?
-İstirahətə gedənlər
-Su kənarında çox gəzməyi sevənlər
-Dağlıq ərazidə yaşayanlar
-Ağcaqanad dişləməsinə önəm verməyənlər
-İmmuniteti zəif olanlar
-Pəhriz saxlayanlar.
Müalicə necə aparılmalıdır?
Xəstəliyin müalicəsi mümkündür. Amma həkimə vaxtında müraciət etmək lazımdır. Müalicənin müddəti malyariyanın diaqnoz olunmuş formasından, xəstənin yaşından asılıdır. Allergiyaya meyilli olan insanlarda xəstəliyin gedişatı daha ağır olur. İnsanların əksəriyyəti malyariya parazitinə yoluxduqlarını dərk edə bilmirlər, buna görə də çox vaxt gec müraciət edirlər. Ölüm halları əsasən, tropiki malyariya vaxtı baş verir. Ölkəmizdə isə daha çox üçgünlük malyariyaya rast gəlinir.
Profilaktik tədbirlər...
Malyariyanın aktiv olduğu bölgələrdə tez-tez xəstəlik əleyhinə dərman qəbul etmək məsləhətdir. Ağcaqanad sancmalarından qorunmaq lazımdır. Evdə ağcaqanadların olmamasına nəzarət edilməlidir. Ən yaxşısı isə ağcaqanadların çoxaldığı mövsümdə bədənin açıq yerlərinə həşəratlardan qorunmaq üçün kremlər çəkilməlidir. Ağcaqanadların yumurta qoya biləcəyi yerlərdən su yığılmalarını ləğv etmək lazımdır.
Malyariyaya qarşı ən təsirli dərman...
Malyariya zamanı xəstədə anemiya halları çoxalır. Buna görə də xəstəyə çoxlu alma və ət yeməkləri vermək lazımdır. Malyariya zamanı çoxlu göyərti, nar yemək, çuğundur şirəsi içmək orqanizmin müqavimətini artırır, xəstəliyə qarşı mübarizəni gücləndirir.
Digər mənbələrə görə, malyariya zamanı bol qatıq yemək və portağal şirəsi içmək məsləhətdir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

