Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yol polisi bayram günləri ilə əlaqədar sürücülərə müraciət edib

Yol polisi bayram günləri ilə əlaqədar sürücülərə müraciət edib

19.03.2025 [11:47]

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bayram günlərində baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün sürücülərlə maarifləndirici görüşlər davam edir. Növbəti belə görüş Bakı Beynəlxalq Avtovağzalında təşkil olunub.

Tədbirdə bayram ərəfəsində yollarda hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, sürücülərə sürət həddinə əməl etməyin, ötmə və manevretmə qaydalarına riayət etməyin, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyin, həmçinin sərnişinlərin təhlükəsizliyini tam təmin etməyin vacibliyi bir daha xatırladılıb.

“Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri və bütün yol hərəkəti iştirakçılarını diqqətli olmağa, qaydalara ciddi riayət etməyə və bayram sevincini təhlükəyə atmamağa çağırır. Qaydalara əməl edin, bayramı təhlükəsiz keçirin”-deyə müraciətdə bildirilib.

Paylaş:
Baxılıb: 723 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30