Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mart ayının bütün sosial ödənişləri yekunlaşıb

Mart ayının bütün sosial ödənişləri yekunlaşıb

19.03.2025 [11:18]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayının bütün sosial ödənişləri qrafikdən əvvəl ödənilməklə yekunlaşdırılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu gün bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları, eləcə də müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımların ödənişi tam başa çatdırılıb.

Bundan əvvəl isə martın 7-də Bakı, Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda yaşayan pensiyaçıların pensiyaları ödənilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi qrafikdən əvvəl yekunlaşdırılıb.

Paylaş:
Baxılıb: 486 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31