Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib

Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib

18.03.2025 [22:51]

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun qurulması istiqamətində görülən işlər çərçivəsində Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil olunub.

AYNA-dan AZƏRTAC-a bildirilib ki, küçədə mikromobillik zolağı salınarkən ümumi hərəkət zolaqlarının sayı saxlanılıb.

Digər yaxın küçələrdə də mikromobillik zolaqlarının çəkilməsi və həmin yol sahələrinin Mətbuat prospektindəki mövcud mikromobillik zolağı ilə əlaqələndirilməsi planlaşdırılır. Həmin dairəvi zolaq sonradan şəhərin digər ərazilərindəki mikromobillik zolağı ilə birləşdiriləcək. Nəzərdə tutulan ərazilərdə velosiped və skuterlər üçün parklanma məntəqələri də yaradılacaq. Həmçinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı salınarkən sahibkarların maraqları qorunaraq avtomobillər üçün parklanma məntəqələri təşkil edilir.

Hazırda paytaxtda 360-dan çox velosiped və skuterlər üçün parklanma məntəqəsi yaradılıb və 35 kilometrdən çox mikromobillik zolaqları təşkil edilib. İstifadəçilərin təhlükəsizliyinin təmin olunması üçün qısa zamanda zolaq boyu təhlükəsizlik sədləri quraşdırılacaq.

Paylaş:
Baxılıb: 575 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30