“Azərbaycanın bitki örtüyü” kitabının təqdimat mərasimi olub
13.03.2025 [11:56]
Bakı Dövlət Universitetinin (BDU) Botanika və bitki fiziologiyası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanovun "Azərbaycanın bitki örtüyü” kitabının təqdimat mərasimi olub.
Yeniazərbaycan.com xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, tanınmış ziyalılar, elm və təhsil müəssisələrinin nümayəndələri, KİV mənsubları və digər qonaqlar iştirak ediblər.
Mərasimi giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq ictimaiyyətə təqdim olunan, “Elm günü”nə həsr olunmuş kitabın yeni dövrün, XXI əsrin dünya miqyasında elm sahəsində qlobal çağırışlarına cavab verən əsər kimi mühüm əhəmiyyətə malik olduğunu bildirib.
2024-cü ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” olduğunu xatırladan AMEA rəhbəri, həmçinin ötən il Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etdiyini bildirib.
AMEA-nın prezidenti qeyd edib ki, ötən il Bakıda keçirilən və uğurlu nəticələrlə yadda qalan COP29 tədbiri və “Yaşıl dünya naminə həmrəylik ili” tədbirlərindən sonra cəmiyyətimizdə yaşıl dünyanın formalaşması ilə bağlı çağırışlar daha da aktuallaşmış, xüsusi əhəmiyyət kəsb etməyə başlamışdır: “Əlbəttə ki, bu çağırışlar prioritet istiqamətlərdə elmi tədqiqatların aparılması üçün yeni perspektivlər təqdim edir. Bu isə, alim və ziyalılarımızı müvafiq istiqamətdə elmi araşdırmalarını dərinləşdirməyə, aktual mözulara həsr olunmuş məqalələr vasitəsilə elmi bilikləri cəmiyyətə çatdırmağa təşviq edir”.
Bu gün cəmiyyətimizə “yaşıl iqtisadi zona”, “yaşıl iqtisadiyyat”, “yaşıl texnologiya”, “yaşıl energetika” və “yaşıl artım” kimi müxtəlif yeni anlayış və baxışların daxil olduğunu deyən akademik İsa Həbibbəyli bu istiqamətlərdə elmi qurumlar və dövlət müəssisələrinin qarşısında qoyulan vəzifələr çərçivəsində fəaliyyətin daha da gücləndirilməsinin zəruriliyini vurğulayıb. AMEA rəhbəri bildirib ki, müasir dövrdə “yaşıl dünya” anlayışı təkcə təbiətin mühafizəsi ilə məhdudlaşmır, həm də müxtəlif aspektlərdə tədqiqatların aparılmasına səbəb olur ki, bu da həm elm sahəsində, həm də bütövlükdə cəmiyyətdə “yaşıl sivilizasiya” anlayışının meydana çıxmasına gətirib çıxarır.
Akademik İsa Həbibbəyli ölkəmizdə botanika sahəsində ixtisaslaşmış alim olan Elşad Qurbanovun “Azərbaycanın bitki örtüyü” kitabının elmi məziyyətlərindən danışıb, nəşrdə Azərbaycanın bitki örtüyü ilə bağlı tədqiqatların ümumiləşdirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, əsərdə Azərbaycanın bütün botaniki-coğrafi rayonları üzrə respublikamızda rast gəlinən bitkilik tiplərinin taksonları, onların yayıldığı ərazilər və müasir vəziyyəti haqqında məlumatlar əks olunmuşdur. O, AMEA-nın müxbir üzvü Elşad Qurbanovun istinad etdiyi və öyrəndiyi materiallar əsasında “Azərbaycanın bitki örtüyü” xəritəsini də tərtib etdiyini söyləyib.
AMEA rəhbəri çoxillik tədqiqatların və böyük zəhmətin məhsulu olan kitabı təbiət elmləri sahəsinə sanballı elmi töhfə kimi dəyərləndirib, nəşrin gənc nəsillər üçün bələdçi rolunu oynadığını vurğulayıb. O, fundamental monoqrafiyanın mövzusunun gələcəkdə tədqiqatçılar üçün əsas istiqamətverici mənbələrdən biri olacağına əminliyini bildirib.
Çıxışının sonunda akademik İsa Həbibbəyli müstəqil Azərbaycan dövlətinin zəngin təbiətini daha dərindən öyrənmək baxımından kitabın qiymətli vəsait və “Elm günü”nə dəyərli töhfə olduğunu söyləyib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova “Azərbaycanın bitki örtüyü” kitabının ərsəyə gəlməsinin aktuallığına və vacibliyinə diqqət çəkib. Bildirib ki, AMEA-nın müxbir üzvü Elşad Qurbanov tərəfindən hazırlanmış “Azərbaycanın bitki örtüyü” kitabı, “Azərbaycanın bitki örtüyü xəritəsi” və “Azərbaycanın botaniki-coğrafi rayonlarının xəritəsi” 40 ildən çox müddətdə sistemləşdirilməmiş bitkilik tiplərinin müasir vəziyyətini nizamlı şəkildə tam əks etdirən mükəmməl əsərlərdir.
Akademik İradə Hüseynova yeni nəşrdə Azərbaycan ərazisinin bitkiliklərini əks etdirən 17 fəsilənin verildiyini söyləyib. O, kitabda bitkilik tiplərinin formasiya qruplarına və assosiasiyalara bölündüyünü, onların hər biri üçün eddifikator növlərin verildiyini deyib.
“Elşad Qurbanov Azərbaycan Respublikası üçün morfoloji, ekoloji əlamətlərinə, dominant və subdominant növlərinə görə fərqlənən “səhra” və “psevdomakki” bitkilik tiplərinin ölkə ərazisində yayıldığnı isbat edərək, elmə yenilik gətirmiş və onları bitkilik xəritəsinə də əlavə etmişdir”, - deyə bildirən vitse-prezident xəritələrə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik şəhadətnaməsinin verildiyini vurğulayıb. Qeyd edib ki, bu xəritələrə yalnız botaniklər deyil, təbiət elmləri sahəsində elmi-tədqiqat işləri yerinə yetirən mütəxəssislər, müəllimlər, magistrantlar istinad edə bilərlər.
Akademik İradə Hüseynova monoqrafiyanı ölkənin zəngin və müxtəlif ekosistemlərini ətraflı şəkildə təsvir edən əhəmiyyətli elmi əsər kimi qiymətləndirib. O, kitabın Azərbaycanın təbii sərvətlərinin qorunması və davamlı istifadəsi ilə bağlı maarifləndirmə işlərinə, eləcə də elmi tədqiqatların inkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirib.
Tədbirdə Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini b.ü.f.d. Vüqar Kərimov Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Mahirə Hüseynova, Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri AMEA-nın müxbir üzvü Vaqif Novruzov, millət vəkili, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva çıxış edərək kitab haqqında fikirlərini bölüşüb, nəşrin müasir dövrdə Azərbaycan elmi üçün mühüm məlumatların toplandığı dəyərli vəsait olduğunu bildiriblər.
Xəbər lenti
Hamısına baxSiyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21

