Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mətn dilçiliyinə dair monoqrafiya işıq üzü görüb

Mətn dilçiliyinə dair monoqrafiya işıq üzü görüb

11.03.2025 [13:27]

AMEA-nın Dilçilik İnstitutunun dosent Lalə Qurbanovanın “Mətn dilçiliyində cümləfövqü vahidlər” monoqrafiyası çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada mətni formalaşdıran cümləfövqü vahidlərin intonasiya məsələsi nəzəri baxımdan ətraflı təhlil edilib. İntonasiya və cümləfövqü vahidlər monoqrafiyada qarşıya qoyulan məqsədə uyğun olaraq linqvistik təhlillə yanaşı, psixolinqvistik aspektdən də təhlil edilib və qarşıda duran məsələlərin ikili linqvistik və ekstralinqivistik təhlili monoqrafiyanın aktuallığını şərtləndirir.

Kitab Azərbaycan dilçiliyində germanistika ilə bərabər müxtəlif sistemli dillərdə ekstralinqvistika, fonetika, dil nəzəriyyəsi, praqmatika kimi geniş dilçilik sahələri barədə yazılan dissertasiya, monoqrafiya, dərs vəsaiti, dərslik və s. kimi elmi-tədqiqat işləri üçün əsaslı və geniş nəzəri bir mənbədir.

Monoqrafiyanın baş redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, elmi redaktorlar filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli və filologiya elmləri doktoru, professor İlham Tahirov, rəyçilər filologiya elmləri doktoru, dosent Aynel Məşədiyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Cumayevadır.

Paylaş:
Baxılıb: 865 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30