Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Böyük Britaniya saytında Azərbaycanın sosial sahədə rəqəmsal transformasiya təcrübəsi paylaşılıb

Böyük Britaniya saytında Azərbaycanın sosial sahədə rəqəmsal transformasiya təcrübəsi paylaşılıb

12.02.2025 [22:38]

Böyük Britaniyada yerləşən “Development Pathways” təşkilatının saytında son illər Azərbaycanda sosial sahədə həyata keçirilən rəqəmsal transformasiya prosesinin uğurları barədə məqalə dərc edilib. Məqalədə Azərbaycanın sosial sahə üzrə uğurlu elektronlaşma təcrübəsi vurğulanaraq, bu təcrübədən digər ölkələr üçün faydalı ola biləcək rəqəmsal xidmətlərə dair nümunələr təqdim edilir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə xidmətlərin rəqəmsallaşdırılması sahəsində əldə olunan nailiyyətlər diqqətə çatdırılır və ölkədə əmək, məşğulluq, sosial müdafiə sahələrində tətbiq edilən e-texnologiyaların səmərəliliyi, vətəndaşlara çevik, əlçatan və şəffaf xidmətlərin göstərilməsində mühüm üstünlükləri qeyd olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, məqalədə qurumun Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əhəmiyyəti, sosial sahədə daxili və qurumlararası rəqəmsal inteqrasiya prosesi barədə ətraflı məlumat verilir. Bu rəqəmsal sistemin 80-dən çox qurumun informasiya resursları ilə inteqrasiya şəraitində fasiləsiz məlumat mübadiləsinə və xidmətlərin çevik və effektiv təşkilinə imkan verdiyi diqqətə çatdırılır.

Qeyd edək ki, “Development Pathways” qlobal miqyasda sosial-iqtisadi inkişafı təşviq etmək məqsədilə sosial müdafiə, sosial inkişaf və əlaqəli sahələrlə bağlı qabaqcıl təcrübələrə istinad olunmaqla mütəxəssis məsləhətləri təqdim edən və tədqiqatlar aparan təşkilatdır.

Paylaş:
Baxılıb: 569 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30