“Rəqəmsal məktəb”...
11.02.2025 [08:16]
Yeni platforma təhsilə nə vəd edir?
Məlum olduğu kimi, ilk dəfə Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması fəaliyyətə başlayıb. Platforma təhsil sistemində müasir texnologiyaların tətbiqi ilə yanaşı, tədris və idarəetmə proseslərini təkmilləşdirmək, həmçinin təhsildə şəffaflığı artırmaq məqsədi daşıyır. Platformada “Şagird”, “Valideyn”, “Müəllim” və “Məktəb rəhbəri” üçün fərdi kabinetlər mövcuddur. Bu da hər bir istifadəçiyə qrupunun ehtiyaclarına uyğun fərdi funksionallıq təqdim edir. “Rəqəmsal məktəb” platformasından istifadə etmək üçün şagird, valideyn, müəllim və məktəb rəhbərləri istənilən cihazdan www.reqemsal.edu.az və yaxud www.digital.edu.az keçidi vasitəsilə fərdi kabinetlərinə giriş edə biləcəklər. Hələlik sınaq müddətində olan layihə müəllim, şagird, valideyn və direktorları əhatə edir.
Qeyd edək ki, “Rəqəmsal məktəb” platformasına bənzər, buna məzmun və forma cəhətdən yaxın olan variantlar dünya təhsil sistemində xeyli müddətdir ki, tətbiq olunur. Bu platformaya bənzər layihələr Avropa, Amerika, Uzaq Şərqin inkişaf etmiş ölkələrində neçə ildir ki, tətbiq edilir və ildən-ilə təkmilləşdirilir. Ölkəmizin təhsil sistemi üçün yeni olan layihə hazırda yalnız Bakı şəhərində 324 məktəbi əhatə edir, 500 mindən çox şagird bu platforma çərçivəsində iştirakçılıq imkanlarına malikdir.
“Rəqəmsal məktəb” təhsilin keyfiyyətinə necə təsir edəcək?
Təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, bir il müddətində bu platformanın ölkənin bütün təhsil sistemində tətbiqi mümkün olacaq: “Bu layihə, əslində, çoxdan başlanmalı idi. Çağdaş təhsilin tələbləri, çağırışları bunu xüsusi tələb edirdi. Bu, təhsildə elektronlaşmanı, innovativ yanaşmanı gücləndirən, köhnə ənənələrdən məktəb mühitini xilas edən bir platformadır. Bizdə bu layihə “Rəqəmsal məktəb” adlanır, ancaq bir çox ölkələrdə bunun adı yoxdur, sadəcə, sistemin özü var. Bu platforma Azərbaycan təhsilində yeni bir mərhələnin başlanğıcıdır”.
Müəllimlər də faydalanacaqlar
Ekspert qeyd edib ki, “Rəqəmsal məktəb” platforması təhsil üçbucağının hər üç tərəfini özündə əhatə edir - müəllim, şagird və valideyn. Bu sistemdə müəllimlər, şagirdlər və valideynlər də ayrı-ayrı sferalardan faydalana biləcəklər. Müəllimlər elektron jurnalı, elektron cədvəli artıq burada hazırlayacak, kağız asılılığından xilas olacaqlar. Eyni zamanda, onlar valideynlərlə virtual əlaqə qura biləcəklər. Bu, həmçinin məktəb rəhbərliyi, direktor və müavinləri ilə də ünsiyyətin təmin olunmasına imkan verir. Bundan əlavə, şagirdlərin göstəricilərini buradan yoxlamaq imkanına malik olacaqlar. Sadaladıqlarım platformadan müəllimlərin faydalana biləcəyi meyarlardır”.
Şagirdlərə gəldikdə, ekspert qeyd edib ki, onlar təhsilin ən böyük auditoriyasıdır və bu platformada şagirdlərə gündəlik lazım olan detallar, müxtəlif test və tapşırıqlar, vacib materiallar yer alacaq: “Platformada qeydiyyatdan keçən şagirdlər bu üstünlüklərdən faydalana biləcəklər. Ən əsası, şagirdlər bu platforma ilə müəllim və valideynlərinin nəzarətində olacaqlar”.
Texniki imkanlar yaxşı olmasa...
E.Əfəndinin fikrincə, layihə birbaşa elektron resusrslara söykəndiyindən zəruri infrastruktur - texniki imkanlar və internetin olması mütləqdir. Əgər həmin texniki infrastrukturlarda problemlər yaransa, platforma öz faydasını tam göstərə bilməz: “İnanıram ki, layihəni icra edənlər həmin məsələləri də xüsusi diqqətdə saxlayırlar və İT məsələlərində heç bir problem olmayacaq. Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi bir çox layihələrdə, məsələn, şagirdlərin yerdəyişməsi, elektron qəbul və s. proseslər zamanı sistem bəzən yüklənir, problem yaşanır, ancaq sonra hər biri aradan qaldırılıb. Ona görə də, Nazirliyin bu istiqamətdə əldə etdiyi geniş təcrübəsi inam yaradır ki, “Rəqəmsal məktəb” layihəsinin texniki təchizatı normal işləyəcək.
Təhsilin keyfiyyətinə təsiri böyük olacaq
Ekspertin sözlərinə görə, “Rəqəmsal məktəb” platformasının təhsil üçün müsbət məqamları çoxdur: “Bu platforma vasitəsi ilə valideynlər övladlarını daha rahat izləyə biləcəklər. Onların təhsil göstəricilərini, davranışlarını rahat izləmə imkanı qazanacaqlar. Eyni zamanda, övladlarının cədvəlləri rəqəmsal platformada öz əksini tapmış olacaq. Öz fikirlərini rahat şəkildə məktəb rəhbərliyinə bildirə biləcəklər. O cümlədən, müəllim, valideyn və məktəb kommunikasiyasının düzgün qurulmasına bu platforma müsbət mənada təsir göstərək. Bundan başqa, təhsil keyfiyyətinə böyük təsirləri olacaq. Valideyn istənilən halda həm sayt vasitəsilə, həm tətbiq vasitəsilə istənilən halda övladının təhsil göstəricilərinə nəzarət etdiyi zaman müəyyən boşluqları görərsə, övladının təhsil göstəricilərinin yaxşı olmasına çalışacaq. Əlavə olaraq, valideynin məktəbdə gördüyü hansısa neqativ bir məsələ varsa, bunu məktəb rəhbərliyinə daha tez çatdıra biləcək. O cümlədən problemləri Nazirliyə çatdıra biləcək. Platforma üzərindən valideyn və müəllimin fikir mübadiləsi aparma imkanı olacaq, həmçinin, şagirdin elektron dərsliklərdən, testlərdən istifadəsi yaxşılaşacaq. Nəticədə bütün bunlar da ümumilikdə təhsil göstəricilərinə, təhsil keyfiyyətinə müsbət təsir edəcək”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 Avqust 12:30
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20

