Şamaxı Astrofizika Rəsədxanası: Həftəsonu “Geminid” meteor selinin piki olacaq
12.12.2024 [11:04]
Hər il dekabrın 4-dən 20-dək təkrarlanan “Geminid” meteor selinin piki ayın 13-dən 14-ə keçən gecə gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib. Vurğulanıb ki, “Geminidl”ər ən intensiv dövri meteor sellərindən biridir. Aysız səmada həmin vaxt saatda 150-dək meteoru müşahidə etmək mümkündür. Meteor yağışı əsasən Şimal yarımkürəsində daha aydın görünəcək, lakin Cənub yarımkürəsində də az intensivliklə izlənilə bilər. Qeyd olunub ki, selin radiantı əkizlər bürcünə uyğun gəldiyindən meteorlar əsasən bu bürc yaxınlığında peyda olacaqlar. Ən intensiv dövrü saat 02:00-da olacaq, lakin müşahidələr bütün gecə davam edə bilər.
Meteor selləri adətən komet mənşəli olurlar. Lakin “Geminid”lər 3200 “Faeton” adlı səma cismi ilə əlaqələndirilir. 1983-cü ildə Fred Uippl tərəfindən kəşf edilən bu obyekt yunan mifologiyasında Günəş tanrısının oğlu Faetonun adını daşıyır. Faetonun asteroid yoxsa komet olduğu hələ də dəqiq bilinmir. Çünki, Günəşə yaxınlaşdıqda “quyruq” yaratmır. Bu səbəbdən onun daş tərkibli yeni tip obyekt və ya “sönmüş” komet olduğu ehtimal edilir.
Meteor selini müşahidə etmək üçün işıq çirklənməsinin az olduğu, şəhərdən kənarda yerləşən açıq məkanlar seçilməlidir. Ayın tam fazaya yaxın olması səbəbindən, onun işığı müşahidələrə mane olacaq və bu, görünə biləcək meteorların sayına təsir göstərə bilər. Ay 14 dekabrda saat 06:56-da batacaq, bu isə qaranlıq səmada meteorları izləmək üçün 30 dəqiqəlik imkan yaradacaq. Lakin 07:25-də artıq səhər ala-qaranlığı başlayacaq və müşahidələr çətinləşəcək.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29

