Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bu il ərzində dəmir yolu ilə 7 milyondan çox sərnişin daşınıb

Bu il ərzində dəmir yolu ilə 7 milyondan çox sərnişin daşınıb

05.12.2024 [11:10]

Bu ilin yanvar-noyabr aylarında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin qatarları ilə 7,6 milyondan çox sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20 faiz çoxdur.

ADY-dən bildirilib ki, Bakı-Qəbələ-Bakı marşrutu ilə səfər edən sərnişinlərin və xarici turistlərin sayında müvafiq olaraq 64 faiz və 33 faiz artım qeydə alınıb.

Qeyd edək ki, 2023-cü ildə ADY dəmir yolları tarixində ilk dəfə olaraq 7 milyondan çox sərnişinin daşınmasını təmin edib.

Paylaş:
Baxılıb: 547 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31