Gəncliyin ən gözəl çağı...
17.11.2024 [10:06]
Beynəlxalq Tələbələr Günüdür
Tələbə olmaq sadəcə, dərs və imtahanlardan ibarət deyil. Tələbəlik bilik əldə etmənin, özümüzü axtarmağın, yeni ideyaları qəbul etməyin, şəxsi inkişafın və bir ömür boyu davam edən əlaqələr qurmağın yoludur. Ona görə də inkişaf etmiş hər bir ölkədə tələbələrə diqqət yüksək səviyyədədir. Bu istiqamətdə mühüm proqramlar həyata keçirilir, tələbələrə müəyyən güzəştlər edilir, təhsil keyfiyyətinin artırılması üçün tələbələrə stimullar verilir.
Ölkəmizdə tələbələrə göstərilən diqqət və qayğı hər gün artmaqdadır. Prezident İlham Əliyevin tələbələrə diqqəti onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir.
Gələcəyə qoyulan sərmayə...
Məlumdur ki, dünyada tələbələrə təhsil kreditlərinin verilməsi təcrübəsi geniş yayılıb. Ayrı-ayrı ölkələrdə tələbələrin təhsil kreditləri ilə təminatına ötən əsrin 60-cı illərindən başlanılıb. Hazırda dünyanın 60-dan çox ölkəsində bu təcrübədən istifadə olunur. Təbii ki, uzun illər ərzində tələbələrə təhsil kreditlərinin verilməsində ümumi qaydalar formalaşıb. Eyni zamanda, hər bir ölkə öz imkanlarından, dövlət siyasətinin prioritetlərindən və bu kimi digər amillərdən çıxış edərək tələbələrə təhsil kreditlərinin verilməsində özünün fərdi yanaşmasını da tətbiq edir.
Tələbələrə təhsil kreditlərinin verilməsi ölkəmiz üçün də mühüm bir amildir. Buna görə də müvafiq qanunvericilik bazası hazırlanarkən dünyadakı qabaqcıl təcrübədən istifadə olunub. Müvafiq qanunvericilik bazası Prezident İlham Əliyevin 17 iyun 2021-ci il tarixində imzaladığı “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmana əsasən formalaşıb. Fərmanın icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabineti “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” ayrıca Qərar qəbul edib. Qaydada təhsil tələbə kreditinin növləri və kreditdən istifadə hüququ, kreditin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər müəyyənləşdirilib.
Əlamətdar günün faciəvi tarixi...
Yeri gəlmişkən, noyabrın 17-si Beynəlxalq Tələbələr Günüdür. Beynəlxalq Tələbə günü gənclik bayramı kimi qəbul edilsə də, onun yaranma tarixi qanlı hadisələrlə bağlıdır.
İkinci Dünya müharibəsi dövründə Adolf Hitlerin işğal etdiyi ərazilərdən biri də Çexiya idi. Qəddarlığı ilə məşhurlaşan Adolf Hitleri və nasistləri faşistlikləri ilə çox yaxşı tanıyırıq. 16 noyabr 1939-cu ildə Praqada tələbələr və müəllimlər Respublika gününü qeyd etmək məqsədilə küçələrə axışdılar. Nasistlər bu aksiyanı vəhşicəsinə dağıtdılar və bu zaman tələbələrdən biri öldürüldü. Ölən tələbənin dəfni anti-nasist nümayişə çevrildi. Əsarətdə qalmaq istəməyən xalq və itirilmiş gənc bir həyat... Buna susmaq asan deyildi.
Qarşıdurmaya cavab olaraq almanlar Praqa tələbə yataqxanalarını mühasirəyə aldılar: 1200-dən çox tələbə sürgünə göndərildi, nümayişdə fəal iştirak edən 9 tələbə mühakimə edilmədən edam edildi. Sürgünə göndərilən tələbələrin çoxu sağ qala bilmədi. Nəticədə Adolf Hitler müharibə bitənə qədər Çexiya universitetlərinin fəaliyyətini dayandırdı. Belə dəhşətli hadisədən 2 il sonra 1941-ci ildə Beynəlxalq Tələbə Təşkilatı 17 noyabr tarixinin ölən gənclərin şərəfinə Beynəlxalq Tələbə Günü olaraq qeyd edilməsini qərara aldı.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

