İcbari Tibbi Sığorta ilə...
15.05.2024 [10:45]
Hansı ürək xəstəliklərinin müayinəsi pulsuz olacaq?
Bu gün dünya səhiyyə sistemində icbari tibbi sığorta geniş yayılmış tibbi xidmətlər modeli hesab olunur. Tibbi sığorta modelinin yaradılmasında əsas məqsəd səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirməklə əhaliyə daha etibarlı, keyfiyyətli və səmərəli tibbi xidmətlər göstərilməsini təmin etməkdir. Məhz bu yolla xəstəliyi olan insanlar səmərəli müalicə ala bilirlər.
İcbari tibbi sığorta əhalinin uyğun həcmdə tibbi və dərman yardımı almasına təminat verən sığorta növüdür. Azərbaycanda icbari tibbi sığortanın həyata keçirilməsi məqsədilə hələ 1999-cu ildə “Tibbi sığorta haqqında” Qanun qəbul olunub. Bu məqsədlə 2007-ci ildə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb.
9 faiz artım...
Son məlumatlara əsasən, ölkəmizdə icbari tibbi sığorta daxilolmaları artıb. Belə ki, il ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar 9,2 faiz artaraq 318,3 milyon manat olub.
Pasiyent 12 yaşa qədər uşaqdırsa...
Bundan başqa, icbari tibbi sığorta hesabına 2021-2023-cü illərdə isə 8100-dən çox aorta koronar şuntlama əməliyyatı icra olunub. Qeyd edək ki, aorta koronar şuntlama əməliyyatı ürəyin işemik xəstəliyinin ən effektiv müalicə üsullarından biridir. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Leyla Lətifova bildirib: “Ürəyin işemik xəstəliyinin diaqnozu, elektrokardioqramma, exokardioqramma, müəyyən laborator müayinələr, qanın testi, tredmill testləri İcbari Tibbi Sığorta paketində var və bu müayinələr üçün ödəniş etməyə ehtiyac yoxdur. Eyni zamanda vətəndaşın xəstəxanada yatış dövründə qidalanması da İcbari Tibbi Sığorta hesabına qarşılanır. Əgər vətəndaş 12 yaşa qədər uşaqdırsa, onu müşayiət edən şəxsin də qidalanması sığortaya daxildir”.
Sığorta paketindəki digər ürək əməliyyatları...
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Yeni Azərbaycan”a verilən açıqlamaya görə, ürəklə bağlı çoxsaylı əməliyyatlar icbari tibbi sığorta paketinə daxildir. Vətəndaşlar daha geniş məlumat üçün Agentliyin saytına daxil olub “Xidmətlər Zərfi” bölməsinə nəzər yetirə bilərlər: “Açıq ürək əməliyyatları, angioqrafiya, stendin qoyulması kimi əməliyyatlar sığorta ilə edilir. Həmçinin ürək resinxronizasiya defibrilyatorun implantasiyası, ürəkdə çəpər defektinin yaradılması, ürəyin müəyyən edilməmiş çəpər defektinin toxuma qrefti ilə bərpası, ürəyin korreksiya prosedurunun reviziyası xidmətlər zərfində yer alıb”.
Vətəndaşların nəzərinə...
Agentlikdən bildirilib ki, eyni zamanda, labarator analizlər, radioloji müayinələr ürəyin biopsiyası, ürək anevrizmasının kəsiklə çıxarılması, ürəyin zədələnmə və ya toxumasının kəsiklə çıxarılması və ya destruksiyası da icbari tibbi sığota ilə qarşılanır: “Xidmətlər Zərif Nazirlər Kabineti tərəfindən 2020-ci ildə 5 nömrəli qərarla təsdiqlənib. Vətəndaşlar ilk öncə ya Səhiyyə Nazirliyinin, ya da TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində həkim müayinəsindən keçməlidirlər. Həkimin təyinatı nə olsa, həmin xəstəxananın sığorta şöbəsinə yaxınlaşdıqda vətəndaşlar icbari tibbi sığortanın həyata keçirildiyi müəssisələrə yönəldiləcəklər”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34

